Sizin Reklam Burada
Xəbər lenti
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

Pensiya artımı haqda açıqlama: “Ən azı 350-400 manat...”

Tarix: 12-10-2019 10:17     Baxış: 3305 A- / A+
Pensiya artımı haqda açıqlama: “Ən azı 350-400 manat...”

“Pensiya məbləği hesablanarkən, minimal yaşayış həddi və digər kriteriyalar nəzərə alınır”.
Manevr.az xəbər verir ki, bu fikirləri yenicag.az-a açıqlamasında ölkədə əmək pensiyalarının tələb olunan minimum həddi haqda danışan iqtisadçı İlham Əzizov deyib.

Bu il oktyabrın 1-dən etibarən, Azərbaycanda əmək pensiyalarının minimum məbləği 200 manata çatdırılıb. Lakin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata əsasən, bu tendensiya gələn il də davam etdiriləcək və orta aylıq əmək haqqının artım nisbətinə uyğun olaraq, təqaüdlər 14-15 faiz civarında artırılacaq. Bəs nəzərdə tutulan bu artım təqaüdçülərin maddi durumuna necə təsir göstərəcək?

İlham Əzizovun sözlərinə görə, ölkədə əmək pensiyalarının məbləği aşağıdır və hökumətin bu məbləği iki dəfə artırmaq imkanı var:

"Pensiya məbləği hesablanarkən, minimal yaşayış həddi nəzərə alınır. Mövcud reallıq bundan ibarətdir ki, hazırda ölkəmizdə pensiyaların məbləği aşağıdır.

Bu baxımdan, 14 – 15%-lik artım təqaüdçülərin sosial vəziyyətinə ciddi təsir göstərməyəcək. Bir təqaüdçünün aylıq ehtiyaclarının qarşılanması üçün pensiyanın minimum məbləğinin 350-400 manat olması məqsədəuyğundur.

Hökumət büdcə xərclərini optimallaşdırmaq və nəzarəti gücləndirməklə, pensiyaların məbləğini iki dəfə artıra bilər. Eyni zamanda, bir çox vətəndaşların qeyri-qanuni şəkildə pensiya almalarına son qoymaq üçün ciddi tədbirlərin görülməsinə ehtiyac var”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar