Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Müştərilərə 2 milyon “atıb” Azərbaycanda dincəlir - ŞƏKİL

Tarix: 11-10-2019 20:47     Baxış: 4167 A- / A+
Müştərilərə 2 milyon “atıb” Azərbaycanda dincəlir - ŞƏKİL


Rusiyanın Altay vilayətində fəaliyyət göstərən "Qaynar Tur" ("Хот Тур") turizm agentliyinin direktoru Olesya Şaxtorina müştərilərinə qarşı dələduzluq etdikdən sonra Azərbaycana qaçıb.


Manevr.az
qafqazinfo-ya istinadən xəbər verir ki, səyahət agentliyi ilk vaxtlar vəzifəsini düzgün yerinə yetirərək mütəmadi olaraq Altay diyarının sakinlərini isti ölkələrə göndərirmiş. Lakin məzənnə dəyişəndən sonra firmanın işləri tədricən azalmağa başlayıb və şirkətin direktoru müştərilərinə 2 milyon rubl "ataraq" yoxa çıxıb.

Məlumata görə, agentlikdən tur paket alan müştərilər gün məsələsində aldadılıblar. Belə ki, onlar 10 günlük paket alsalar da cəmi 7 gün dincələ biliblər. Lakin məsələlər vətəndaşlara endirimlər edilməklə və ya kiçik təzminat ödəməklə həll olunub.

Müştərilərə 2 milyon “atıb” Azərbaycanda dincəlir - ŞƏKİL


Şirkətin fırıldaqları bununla bitməyib. Müştərilərdən dördulduzlu otel üçün pul alınsa da onları 3 ulduzlu otellərə yerləşdiriblər.

O. Şaxtorina əvvəlcədən pulu götürərək turpaket və təyyarəyə biletləri təqdim etməmək kimi açıq-aşkar fırıldaqçılıq etməyə başladıqdan sonra işə hüquq-mühafizə orqanları müdaxilə edib. İş üzrə cəmi 32 zərərçəkən var ki, onlara da 2 milyon rubldan çox zərər dəyib.

Polis narazı müştərilərin ifadələrini aldıqdan sonra direktorun ərini sorğu-sual edib. Şirkəti quran ər istintaqla əməkdaşlıq edib. O, firmanın işində iştirak etmədiyini söyləyib.
Məlum olub ki, Olesya Şaxtorinanın əməlləri polisə qədər gedib çıxandan sonra o, iki uşağını da götürərək Xəzər dənizinin Azərbaycan hissəsinə dincəlməyə yollanıb. O, 2019-cu ilin sentyabrından istirahət mərkəzlərindən birində dincəlir və görünür ki, ölkəsinə qayıtmağı planlaşdırmır.

İndi onu Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsi (külli miqdarda ziyan vurmaqla fırıldaqçılıq) üzrə azadlıqdan məhrumetmə gözləyir.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar