Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Jurnalistlər niyə siyahıya alınmadı? - "Qapımızı döyən olmadı" / ŞƏRHLƏR

Tarix: 11-10-2019 15:51     Baxış: 3146 A- / A+
Jurnalistlər niyə siyahıya alınmadı? - "Qapımızı döyən olmadı" / ŞƏRHLƏR

Oktyabrın 1-dən başlanan siyahıyaalma prosesi dünən başa çatıb.

Proses başa çatsa da, siyahıya alınmayan vətəndaşların sayı çoxluq təşkil edir. Onlar arasında tanınmış mətbuat nümayəndələri də var. Onlar giley-güzarlarını sosial şəbəkələrdə bildiriblər.

Redaktor.az-a danışan tanınmış telejurnalist İlqar Əlfioğlu qeyd edib ki, o da siyahıya alınmayan vətəndaşlar sırasındadır:
Jurnalistlər niyə siyahıya alınmadı? - "Qapımızı döyən olmadı" / ŞƏRHLƏR

"Bizi də siyahıya almadılar. İşlədiyimiz yerdə 40 nəfərdən ibarət kollektivik. Heç kəsin qapısını döyüb, soruşan olmayıb ki, ailədə neçə nəfərsiz? Bəlkə, onlar başqa yolla hesablayıblar, mən bilmirəm. Bu siyahıyaalınma ən mühüm, hətta seçkidən də mühüm bir tədbiridir. Çünki bizim həyatımızın iqtisadi planlaşdırma tərəfləri var ki, o siyahıdan keçən adamlardan aslıdır. Bu, toy dəftəri kimidir. Elə bil dövlətin toyuna getmisən, amma dəftərə adın düşməyib. Yalandan yazıblar ki, toya 70 nəfər adam gəlib. Ortada pul yoxdur axı?! Siyahını düzgün tutmasan, sanki dövlətin gələn havasını kəsirsən. Əgər bu hava tutulubsa, onda 10 milyonuncu sakini haradan müəyyənləşdirdin?! O boyda bayram etdik. Bəlkə elə 11 milyonuq, 9 milyonuq. Bu siyahıyaalınma çox mühüm məsələdir. Jurnalistlərin yaşadığı iki bina var. Bu ik binada təxminən 500 ailə yaşayır. Bu 500 ailənin birinin də qapısını döymədən, siyahıyaalma mümkündürmü?! Mümkün deyil, təbii ki. Bu məsələni araşdırmaq, ictimailəşdirmək, onlardan hesabat tələb etmək lazımdır. Siyahıyaalınmanın mexanizmləri var. İnsanlar işə cəlb olunur, onlara məvacib verilir, böyük büdcə ayrılır. Hamısı xalqın puludur. Uzaqdan-uzağa, binanın görkəminə baxıb əhalini siyahıya alacaqdınsa, onda işə insan niyə cəlb edirdin? “Google map”-dan baxıb, binaları qiymətləndirmək olardı, elə deyilmi? Bu, çox ciddi məsələdir, bunu gündəmdə saxlamaq lazımdır. Ümumiyyətlə, statistika komitəsinin fəaliyyətini gündəmdə saxlamaq lazımdır".
Digər həmkarımız jurnalist Mübariz Göyüşlü şikayətini bu formada bildirib:
Jurnalistlər niyə siyahıya alınmadı? - "Qapımızı döyən olmadı" / ŞƏRHLƏR

“Əhalinin siyahıyaalınması prosesində mənə və ailə üzvlərimə müraciət edən, buna görə qapımızı döyən olmadı. Baxıram, “Facebook”da da bununla bağlı narazı qeydlər var. Demək ki, xeyli şəxs bu prosesdən kənarda qalıb. Bu işi görməli olanlar hansı meyarla hərəkət ediblər, kimi sayıblar?”.

APA TV-nin redaktoru Nəsimi Nəbizadə redaktor.az-a açıqlamasında qeyd edib ki, onlar da ailəlikcə siyahıyaalınmayanlar sırasındadırlar:
Jurnalistlər niyə siyahıya alınmadı? - "Qapımızı döyən olmadı" / ŞƏRHLƏR

“Bizi də siyahıya almayıblar. Bacı və qardaşımla da maraqlanmışam, onları da siyahıya almayıblar. Ümumiyyətlə, çox adam siyahıyaalınmada iştirak etməyib. “Facebook”da tanıdığım xeyli mətbuat adamı bu barədə status yazıb. Nə isə... Əsas odur ki, dostların siyahısında olaq”.

BakuPost.az saytının baş redaktoru Elçin Zahiroğlu:
Jurnalistlər niyə siyahıya alınmadı? - "Qapımızı döyən olmadı" / ŞƏRHLƏR

“Nəinki məni, ailə üzvlərimi, qohum-əqrəbanı, redaksiyamızdakı işçilərin heç birini siyahıya almayıblar. Bu, nə biabıqrçılıqdır?! Təkcə, mənim siyahıya alınmamağımla bağlı ola bilər ki, hansısa bir problem olub. Amma ətrafımdakı adamlarla da maraqlanmışam, onların da qapısını döyən olmayıb. O zaman sual yaranır ki, bu siyahıyaalınma prosesi harada aparılıb, necə keçirilib, adamların sayını hansı meyarlarla təyin edirlər? Açığı, mən bu sualın cavabını bilmirəm”.

Amma məsələ ilə bağlı Redaktor.az-a danışan Azərbaycan Dövlət Statistika Komitəsinin mətbuat xidmətinin rəhbəri Elməddin Quliyev deyir ki, siyahıyaalınma olduqca fəal keçib:

“Bəzi adamlar olub ki, onlar evdə olmayıblar. Bu siyahıyaalınmada ailə üzvlərindən bir nəfərin cavab verməsi yetərlidir. Ailədə heç kim olmayanda, “evdə çətin tapılan şəxsə məktub” adlı sənəd mövcuddur. Həmin sənəd ev sahibinin qapısına bərkidilir. Xahiş olunur ki, ev sahibi, yaxuda da ailə üzvləri müvafiq olan vaxtda sayıcı ilə əlaqə saxlasın və sayıcı da o adamları siyahıya alır. 11-15 oktyabr tarixlərində sayıcının siyahıyaalınma prosesindəki işinin keyfiyyəti yoxlanacaq. Həmçinin, saytımızda qaynar xəttin nömrələri yazılıb, kiminsə siyahıyaalınması baş tutmayıbsa, müraciət etsinlər. Biz həmin ünvana yenidən əməkdaşlarımızı göndərə bilərik. 5 gün müddətində bu proses həyata keçiriləcək. Bu müddətdə seçmə prosesində sayıcının işinin keyfiyyəti yoxlanılacaq, həmçinin evdə tapılmayan şəxslərin ünvanına bir daha baş çəkiləcək. Bu proses könüllü şəkildə həyata keçirilir. Şəhər əhalisinin əksəriyyəti tanımadığı adama qapı açmır. Bu da müəyyən problem yaradır. Hər sayıcı isə 300 adamı siyahıya almalıdır”.

E.Quliyev həmçinin əlavə edib ki, hazırda nə qədər adamın siyahıyaalınması ilə bağlı rəqəm demək tezdir:

“Nəzarət tədbirləri bitəndən sonra açıqlama olacaq”.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar