Sizin Reklam Burada
Xəbər lenti
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

Həftənin son iş gününün havası açıqlandı

Tarix: 10-10-2019 20:21     Baxış: 2283 A- / A+
Həftənin son iş gününün havası açıqlandı


Cümə günü hava çiskinli və küləkli olacaq

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 11-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Arabir güclənən mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 15-18, gündüz 21-24, Bakıda gecə 16-18, gündüz 22-24 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava, əsasən, yağmursuz keçəcək, lakin Lənkəran-Astara zonasında arabir yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi gündüz əsəcək, əsasən, dağlıq ərazilərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 14-19, gündüz 26-31, dağlarda gecə 9-14, gündüz 16-21 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza gəlincə isə Abşeron yarımadasında mülayim gilavar küləyi bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar