Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

İcradan döyülən 19 yaşlı gəlinlə bağlı açıqlama

Tarix: 09-10-2019 16:56     Baxış: 2166 A- / A+
İcradan döyülən 19 yaşlı gəlinlə bağlı açıqlama


Bizdə olan məlumata görə, Ayşə Abdullayeva həyat yoldaşı tərəfindən döyülüb. Onu qayınata və qayınanasının toyda qız evinin maddi baxımdan istəniləni verə bilməməsi səbəbindən döyülməsi və ağır kəllə beyin travması alması barədə mətbuatda yayılan məlumatlar həqiqəti əks etdirmir.

Bu sözləri axar.az-a açıqlamasında Daşkəsən İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlili sektorunun müdiri Vüqar Məmmədov deyib. O bildirib ki, Ayşə Abdullayeva ailə münaqişəsi zəminində həyat yoldaşı tərəfindən döyülüb.

“Bu barədə rəsmi məlumat polislərə artıq verilib. Qadının özü də anlaqlı şəkildə ifadə verdi. Xanım hamilədir. Döyülməsi nəticəsində hamiləliyi pozulmayıb və sağlamlığı yerindədir. Həkimlər tərəfindən lazımi tibbi yardımlar göstərildi. Hazırda anası evindədir”.

Qeyd edək ki, gəlinin döyülməsi hadisəsi Daşkəsən rayonunun Əmirvar kəndində qeydə alınıb. Oxu.az-ın məlumatına görə, 19 yaşlı Abdullayeva Ayşə Samir qızını qayınanası və qayınatası döyüb. Gəlin zərbələrin təsirindən huşunu itirib. Hadisəyə ilkin səbəb kimi bir il öncə baş tutan toyda qız evinin maddi baxımdan istəniləni verə bilməməsi olub.

Faktla bağlı Daşkəsən Rayon Polis Şöbəsində araşdırma aparılır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar