Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Bakı polisindən deputatın metro ittihamlarına - CAVAB

Tarix: 09-10-2019 16:46     Baxış: 4161 A- / A+
Bakı polisindən deputatın metro ittihamlarına - CAVAB


Metrodan istifadə edən hər bir sərnişin bir neçə vizual, biometrik yoxlamadan keçməklə platformaya daxil olur. Elektron mühafizə şəbəkəsi vasitəsilə, eskalatorlarda, platformalarda, metro vaqonlarında belə sərnişinlərin təhlükəsizliyinə fasiləsiz nəzarət var.

Manevr.az xəbər verir ki, bunu oxu.az-a Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev millət vəkili Aytən Mustafayevanın iddialarına cavab olaraq bildirib.

E.Hacıyev qeyd edib ki, təhlükəsizliyin təmin edilməsi ilə bağlı metroda tətbiq edilən qabaqcıl metod, üsul və vasitələrin verdiyi imkanlar şübhəli şəxslərin aşkarlanması, habelə şübhə doğuran hərəkətlər dərhal qeydə alınmaqla müvafiq tədbirlərin görülməsini təmin edir.

Xidmət rəisi “metroda yoxlamalar ciddi aparılmır. Məgər metroda polislər yoxdur?”, - iddiasına cavab olaraq bildirib ki, günün pik saatlarında metroya çoxsaylı sərnişinin daxil olduğunu nəzərə alsaq, hər bir şəxsin üzərinə, çantasına xüsusi avadanlıq vasitəsilə baxış keçirilsə, orda yaranacaq sıxlığı təsəvvür etmək çətin deyil:

“Dünyanın heç bir ölkəsində bu təcrübə yoxdur. Yalnız şübhə doğuran, yoxlanılması zəruri hesab edilən sərnişinlərin üzərinə baxış keçirilir”.

Xatırladaq ki, millət vəkili Aytən Mustafayeva Milli Məclisdə çıxışı zamanı metroda yoxlamaların ciddi aparılmadığını iddia etmişdi:

“Bu gün metroda yoxlamalar ciddi aparılmır. Necə olur ki, şəxs metroya bıçaqla daxil olur?! Məgər metroda polislər yoxdur?! Onlar hara baxır?! Xahiş edirəm ki, bu məsələlərlə bağlı nəsə edək. Belə olmaz”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar