Sizin Reklam Burada
Xəbər lenti
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda halal internet xidməti göstəriləcək – Bununla bağlı bilmədikləriniz - Video

Tarix: 06-10-2019 09:37     Baxış: 3153 A- / A+
Azərbaycanda halal internet xidməti göstəriləcək – Bununla bağlı bilmədikləriniz - Video

Azərbaycanda fəaliyyət göstərən internet provayderləri "halal internet" xidməti göstərəcəklər.

Manevr.az-ın məlumatına görə, bu barədə 1 yavnar 2020-ci il tarixdə qüvvəyə minəcək "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanunda öz əksini tapıb.

İnformasiya Komunikasiya Texnologiyaları üzrə ekspert Osman Gündüzün sözlərinə görə, sözügedən qanuna uyğun olaraq "Telekommunikasiya haqqında" qanuna da əlavələr edilib.

Bu əlavəyə görə hər bir provayder abunəçinin istəyi ilə uşağın internetdə zərərli informasiyadan qorunması üçün imkanlar yaratmalıdır.Yəni bütün provayderlər , təmiz, halal internet xidməti üçün hazırlıqlar görməlidir.

Osman Gündüz deyib ki, əgər valideyn halal internet istəyirsə, provayder gələn ildən bu xidməti təqdim etməyə borclu olacaq. Bu məqsədlə provayderlər öz sistemlərində filtrasiya (süzgəc) sistemi qurmalıdırlar. Hazırda isə yalnız ölkənin təhsil sistemində bu tip süzgəc sistemi fəaliyyət göstərir.

Ekspert bildirib ki, əgər sistemin qurulmasını provayderlər özləri həyata keçirirlərsə, bu zaman internetin qiyməti arta bilər. Qanunvericilikdə əksini tapan digər bir məsələ isə yanvarın 1-dən televiziya kanallarında yayımlanan hər bir informasiya məhsulunun yaş kateqoriyalarına görə (6-, 6+ , 12+,16+, 18+ ) işarələnməsi ilə bağlıdır. Eyni zamanda , adıçəkilən qanuna görə, internet media qurumları da informasiya məhsulunun uşaqlar arasında yayılmasını məhdudlaşdıran xəbərdarlıq mətnlərini yerləşdirməyə hazır olmalıdırlar.

Sizə xəzərxəbər-in mövzu ilə bağlı daha ətraflı videomaterialını təqdim edirik:


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar