Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan süvarilərindən Türkiyədə nümunəvi çıxış - VİDEO

Tarix: 03-10-2019 21:23     Baxış: 4153 A- / A+
Azərbaycan süvarilərindən Türkiyədə nümunəvi çıxış - VİDEO


Türkiyənin İstanbul şəhərində IV Etnospor Mədəniyyət Festivalının təntənəli açılış mərasimi keçirilib.

Manevr.az-ın məlumatına görə, tədbir Dünya Etnospor Konfederasiyasının təşkilatçılığı ilə Atatürk Hava Limanında baş tutub və festivala Argentina qonaq qismində olmaqla 16 ölkə qatılıb.

Tədbirdə Azərbaycanı isə Dövlət Sərhəd Xidmətinin (DSX) nümayəndə heyəti, Qarabağ atlarından ibarət süvari dəstə və DSX-nin rəqs ansamblı təmsil edib.

Dünya Etnospor Konfederasiyasının rəhbəri Bilal Ərdoğan bildirib ki, hər il miqyasını genişləndirərək daha da zənginləşən festivalın keçirilməsində məqsəd türkdilli ölkələrin zəngin mədəniyyətlərinin və adət-ənənəllərinin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsidir.

Rəsmi açılış mərasimindən sonra Azərbaycan təmsilçiləri “Qarabağ atları və Azərbaycan kəlağıyısı” kompozisiyasını təqdim edib. Süvarilərimiz at belində çətin nömrələri peşəkarlıqla reallaşdırıblar. At üzərindəki akrobatik hərəkətlər zamanı “Qarabağ şikəstəsi”, “Ay Laçın” mahnısı səsləndirilib, rəqqasların atlarla rəqsləri nümayiş olunub. Sonda at üzərində “Bir millət, iki dövlət!” şüarının əks oldunduğu plakat və hər iki ölkənin bayrağı dalğalandırılıb.

Tədbirdə həmçinin Azərbaycan, Əfqanıstan, Gürcüstan, Türkmənistan, Nigeriya, Sudan, Qazaxıstan, Mərakeş, Kot dİvuar, Fələstin, İraq, Özbəkistan, Pakistan, Rumıniya və Zimbabvenin milli yeməkləri də nümayiş olunub.

Eyni zamanda Azərbaycan Kültür Evinin təşkilatçılığı ilə quraşdırılan Azərbaycan çadırında ölkəmizin milli atributları və mənəvi dəyərlərimizin əks olunduğu kitablar sərgilənib.

Festival çərçivəsində oxatma, yağlı güləş, at yarışları da daxil olmaqla 12 ənənəvi idman növü üzrə yarışlar keçiriləcək. Minə yaxın idmançı müxtəlif kateqoriyalarda qızıl medal uğrunda mübarizə aparacaq.

Tədbirə oktyabrın 6-da yekun vurulacaq./report/

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar