Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

Pulsuzdur, amma valideyndən 5 qat artıq pul çıxır - “Kölgə təhsili”nə necə “dur” deyək?

Tarix: 01-10-2019 13:54     Baxış: 3188 A- / A+
Pulsuzdur, amma valideyndən 5 qat artıq pul çıxır - “Kölgə təhsili”nə necə “dur” deyək?

Valideynlər sosial şəbəkələrdə tez-tez “lazımsız” dərsliklərlə bağlı şikayətlənirlər. Dərslikdən əlavə tələb olunan iş dəftəri, çalışma kitabı, test və s. kimi vəsaitlərin həm baha olduğu, həm də demək olar ki, dərs ili ərzində cəmi bir neçə dəfə istifadə edildiyi bildirilir.

Mövzu ilə əlaqədar təhsil eksperti Kamran Əsədov yenisabah-a bildirib ki, valideynlər əlavə dərslikləri almamalıdırlar:

“Qeyd edim ki, ümumi orta təhsil məktəbində hər hansı əlavə iş dəftərinin və s. alınması yol verilməzdir. Dövlət tərəfindən təsdiq olunmuş proqrama əsasən, şagirdə lazım olan bilik və bacarıqlar dərslik və dərslikdəki çalışmalarla öyrədilməlidir. Sadəcə olaraq, etiraf edək ki, bu gün bizim dərsliklərdəki informasiya yükü həddindən artıq çoxdur. Dərsliklərdəki informasiyanın çoxluğu müəllimə imkan vermir ki, şagirdi tam şəkildə öyrədə bilsin. Problemi aradan qaldırmaq üçün ilk növbədə dərsliklərimizi sadələşdirməliyik".

K.Əsədov bildirib ki, müəllimlər şagirdlərə iş dəftəri və digər vəsaitlər aldırmaqda 2 yöndə maraqlı olurlar:

"Təəssüflər olsun ki, bəzi müəllimlərimiz satış bazarında kitab satan bəzi mağazalarla razılığa gəlirlər. Deyirlər ki, sənin yanına 2-ci sinifin şagirdlərini göndərəcəm, onlar sizdən filan vəsaitləri alacaqlar, siz də bu qədər faiz götürəcəksiniz. Bəli, valideynlər bu kitabları alır, amma uşaqlar bu kitabları işlətmirlər. Müəllim də deyir ki, dərsdə vaxt çatmadığı üçün mən bu çalışmaları sizinlə birlikdə işləyə bilmirəm, lakin sizin bu çalışmaları işləməyiniz vacibdir. Buna görə də ən yaxşısı siz dərsdən sonra mənim yanıma gəlin. Beləliklə, repetitor kimi pul alır. Bu gün bizim dərsliklərimiz repetitorlara xidmət edir. Dərsliklərimiz şagirdlərin yaş xüsusiyyətlərinə, psixologiyasına uyğun deyil. Bu xüsusən də ibtidai siniflər üçün keçərlidir. Bir atalar sözü var : “Ayının bütün oyunu bir armud üçündür”.

Ekspertin sözlərinə görə, problemin kökündə dərsliklərdəki informasiya yükünün çox olması dayanır:
Pulsuzdur, amma valideyndən 5 qat artıq pul çıxır - “Kölgə təhsili”nə necə “dur” deyək?

"Bizim siniflərdə o qədər uşaq olur ki, heç müəllim evə verilən tapşırıqları belə yoxlaya bilmir. Hər sinifdə şagird sayı 30-dan çoxdur. Bunun üçün də şagird də əlavə müəllim yanına gedilməsinə ehtiyac duyur. Bunun da tək həlli dərsliklərdə informasiya yükünün azaldılmasıdır.

Bu gün bizim təhsilimiz artıq “Kölgə təhsili”nə yönəlib. Bir valideyn 9-cu sinifdən etibarən, hazırlığa 16 min manat pul ödəyir. Bunun hələ 1-ci sinifdən gedənləri var. Dövlət təhsili pulsuz verir, amma valideyndən 5 qat artıq pul çıxır".

Ekspert bu barədə nazirliyə müraciət etdiyini də bildirib:

"Biz dəfələrlə Təhsil Nazirliyinə müraciət etmişik ki, ən azından lazım olan bir 20 çalışmanı hər keçirilib bitən paraqrafdan sonra əlavə edilsin. Bu çətin iş deyil. Yəni bir kitab olacaq, həm valideyn bunu pulsuz əldə edəcək, həm də müəllim bunu icra edə biləcək”.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar