Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Bu gün Beynəlxalq Tərcüməçilər günüdür

Tarix: 30-09-2019 12:07     Baxış: 4224 A- / A+
Bu gün Beynəlxalq Tərcüməçilər günüdür


Bu gün Beynəlxalq Tərcüməçilər günüdür.

Manevr.az xəbər verir ki, bütün dünya tərcüməçiləri bu günü bayram edirlər.

Çoxsaylı peşə bayramlarından biri olan Beynəlxalq Tərcüməçilər Günü Beynəlxalq Tərcüməçilər Federasiyasının (FİT) qərarı ilə 1991-ci ildən etibarən hər il sentyabrın 30-da qeyd olunur. Bu tarix Bibliyanı (Vulaqatı) Latın dilinə tərcümə etmiş və ənənəyə görə tərcüməçilərin hamisi hesab olunan İeronim Stridonski dünyasını dəyişdiyi günə görə seçilib.

İeronim Stridonski çox zəngin intellekt sahibi olub, çoxlu səyahətlər edib, Halkid səhrasında dörd il ərzində dərviş həyatı yaşayıb, burada yəhudi və haldey dillərini öyrənib. 386-cı ildə İeronim Vifleyemdə məskunlaşıb və burada Bibliyanı (Əhli-ətiqi və Əhdi-Cədidi) latın dilinə tərcümə edib. XI əsrdən sonra Trident kilsəsi məhz bu tərcüməni Müqəddəs yazının (Vulqatın) rəsmi latın mətni elan edib. Bundan əlavə, İeronim "qlaqolitsa" deyilən qədim slavyan əlifbasının banisi hesab edilir.

İeronim Stridonski 30 sentyabr 420-ci ildə dünyasını dəyişib.

Tərcüməçilər bayramının populyarlığı ilbəil artır, tərcüməçilər tərəfindən daha çox kütləvi halda qeyd olunur. Məhz Beynəlxalq Tərcüməçilər Günündə Bakı şəhərində fəaliyyət göstərən tərcümə mərkəzləri və bir qrup müstəqil tərcüməçilər birləşərək "Azərbaycan Tərcüməçilər İttifaqı" adlı ictimai birlik yaradıblar. Birliyin məqsəd və məramı Azərbaycanda fəaliyyət göstərən tərcümə mərkəzlərini, müstəqil tərcüməçilərin fəaliyyətini əlaqələndirmək, tərcümə xidmətləri sektorunun sahəsinin öyrənilməsi, təbliğ edilməsi, peşəkar tərcümə xidmətləri göstərilməsinin məsələlərinə dair araşdırmaların aparılması, peşəkar tərcümə işinin təşkili ilə bağlı dünya təcrübəsinin öyrənilməsi və innovasiyaların Azərbaycanda tətbiqi, peşəkar tərcüməçi kadrlarının yetişdirilməsinə, peşəkarlığının artırılmasına yardım göstərilməsi və tərcümə xidməti sahəsində beynəlxalq əməkdaşlıq birliyin əsas məqsəd və vəzifələri olacaq.

"Az-translation centre" MMC-nin direktoru Ruslan Qulamhüseyn oğlu Dadaşov "Azərbaycan Tərcüməçilər İttifaqı" ictimai birliyinin idarə heyətinin sədri, "Unikal" tərcümə mərkəzinin rəhbəri Elçin Ağahüseyn oğlu Ağayev sədrin müavini, "Düşüncə" tərcümə mərkəzinin rəhbəri Emin Zabir oğlu İsmayılov Nəzarət Təftiş Komissiyasının sədri seçilib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar