Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Xəstəxanada aktrisanın gizli şəkil və videosunu çəkdilər – Şok iddia

Tarix: 29-09-2019 16:49     Baxış: 2293 A- / A+
Xəstəxanada aktrisanın gizli şəkil və videosunu çəkdilər


Populyar rus aktrisası Anastasiya Zavorotnyukun yerləşdiyi özəl klinikanın işçilərindən biri onun gizli şəkildə şəkil və videosunu çəkib.

Anonim müəllif əlində 15-25 sentyabr arasında çəkilən 3 video və 17 şəkil olduğunu söyləyib. Qadın qeyd edib ki, artıq klinikada işləmir və mükafat müqabilində bütün qeydləri anonim olaraq ötürməyə hazırdır.

Sentyabrın 23-də NTV telekanalında yayımlanan bir süjetdə Zavorotnyukla eyni klinikada müalicə alan bir qadın aktrisanın vəziyyəti barədə bunları demişdi:

“O, bir insan kimi ölür... Artıq ona dərman da verilmir. Ona süni nəfəs verilməsi sayəsində ürəyi işləyir. Buna görə ürək də imtina edəcək...”

Bundan əvvəl isə Zavorotnyukun ikinci dəfə əməliyyat keçirməsi və hələ də hər şeyin xoşbəxt sonluqla bitə biləcəyi barədə sevindirici məlumatlar var idi.

Rusiya Elmlər Akademiyasının akademiki Aleksandr Konovalovun əvvəllər də qeyd etdiyi kimi Zavorotnyuka qlioblastoma diaqnozu qoyulub – bu ən təhlükəli və hətta müalicə olunmayan şişlərdən biridir.

Bir müddət əvvəl mediada yazılırdı ki, Anastasiya çoxsaylı orqan çatışmazlığı və sətəlcəmdən əziyyət çəkir, buna görə də intensiv terapiya kəsilib. Həkimlərin dediyinə görə, sətəlcəm fonunda xəstə qan zəhərlənməsi başlaya bilər. Sepsis 48 ​​yaşlı aktrisanın bir neçə orqanının sıradan çıxmasına səbəb olub.

Sentyabrın 15-də milyonların sevdiyi aktrisanın komada olduğu barədə məlumatlar ortaya çıxıb. Hazırda Anastasiyanın vəziyyəti sabit-ağır olaraq qiymətləndirilir./teleqraf.com/

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar