Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

831 müraciətin arasında hansı xidmətə daha çox ehtiyac duyulub?

Tarix: 25-09-2019 16:09     Baxış: 3156 A- / A+
831 müraciətin arasında hansı xidmətə daha çox  ehtiyac duyulub?


“Azəriqaz” İB-nin Bakı Regional Qazın Satışı Departamentinin Müştəri xidməti şöbəsinin mühəndisləri 02.09.2019-cu il tarixindən 7 rayona 30 gün müddətinə ezam olunmaqla “ASAN səyyar” xidməti göstərirlər.

Manevr.az xəbər verir ki, birliyin mühəndisləri Balakən, Beyləqan, Şəmkir, Cəlilabad, Ağcabədi və İsmayıllıda “ASAN avtobus”, Qazaxda isə “ASAN qatar” vasitəsilə müraciətləri cavablandırırlar. Son statistikaya görə sentyabrın 2-dən yeni quraşdırılmış smart-kart tipli sayğacların kartlarının verilməsi, abonent məlumatlarında dəyişikliklərin edilməsi, təbii qazın alqı-satqısı barədə müqavilənin bağlanması və digər xidmətlər üzrə 831 müraciətə baxılıb. Abonentləri daha çox 233 halda təbii qazın alqı-satqısı barədə müqaviləyə dair məsələlər maraqlandırıb.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Prezident Administrasiyasının birgə təsdiq etdiyi illik qrafikə əsasən xüsusi formatda tərtib olunmuş qatar və avtobuslarda vətəndaşlara tələb olunan xidmətlərin “ASAN səyyar” xidməti vasitəsi ilə göstərilməsini təmin etmək məqsədi ilə “Azəriqaz” İB-nin mühəndisləri də müvafiq qrafik üzrə bölgələrə ezam olunurlar.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar