Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda dövlət uşaqlara görə nə qədər pul verir? - TAM SİYAHI

Tarix: 24-09-2019 16:23     Baxış: 3168 A- / A+
Azərbaycanda dövlət uşaqlara görə nə qədər pul verir? - TAM SİYAHI

Bildiyimiz kimi 2006-cı ildən etibarən Azərbaycanda müəyyən yaş həddinə kimi uşaqlara verilən aylıq sosial müavinət - "uşaq pulu" ləğv olunub.

Manevr.az xəbər verir ki, Azərbaycanda "uşaq pulu" ləğv olunsa da uşaqlarla bağlı olan müxtəlif təyinatlı müavinətlər hələ də verilməkdədir.

Uşaqlarla bağlı olan müavinətlər aşağıdakılardı:
- Uşağın anadan olmasına görə birdəfəlik müavinət
2019-cu ilin aprelin 1-dən uşağın anadan olmasına görə müavinət 200 manat məbləğində müəyyənləşdirilib.

- 1 yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət
Ünvanlı sosial yardım alan ailələrdə bir yaşadək uşağı olduğu halda uşağın bir yaşı tamam olan ayın sonunadək aylıq 55 manat müavinət təyin edilir.

- 3 yaşınadək uşağa qulluğa görə müavinət
Uşağa bilavasitə qulluq edən işləyən valideynə verilən müavinətin məbləği bir yaş yarımadək uşağa qulluğa görə - 44 manat, uşağın bir yaş yarımdan üç yaşınadək qulluğa görə isə - 28 manat məbləğində müəyyənləşdirlib.

- Beşdən çox uşağı olan qadınlara müavinət
Beşdən çox uşaq doğub tərbiyə edən qadınlara, uşaqların sağ olması şərti ilə, bu hüququn yaranmasına səbəb olmuş uşağı (yəni altıncı uşağı) bir yaşına çatdıqda müavinət təyin edilir. Hər uşağa görə müavinət 2019-ci ilin aprelin 1-dən 55 manat məbləğində müəyyənləşdirilib

- Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara sosial müavinət
Müavinət 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu müddətinə təyin edilir. 2019-cu il aprelin 1-dən müavinət 150 manat məbləğində müəyyənləşdirilib.

- Ailə başçısını itirməyə görə müavinət
vəfat etmiş şəxsin uşaqlarına - 18 yaşına çatanadək (əyani təhsil alanlara təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla);
vəfat etmiş şəxsin 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqlarına - əlillik müddətinə;
vəfat etmiş şəxsin 8 yaşınadək uşaqlarına baxan və işləməyən (yaşından və əmək qabiliyyətindən asılı olmayaraq) valideynlərdən, qardaş, bacı, baba və nənələrdən birinə - uşağın 8 yaşınadək.
2019-cu il aprelin 1-dən müavinət 80 manat məbləğində müəyyənləşdirilib.

- Şəhidin 16 yaşına (ümumtəhsil məktəblərində təhsil alanlar 18 yaşına) çatmamış uşaqlarına aylıq müavinət
Müavinət 21 manat məbləğində müəyyənləşdirilib.

- Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının 16 yaşına (ümumtəhsil məktəblərində təhsil alanlar 18 yaşına) çatmamış uşaqlarına aylıq müavinət
Müavinət 100 manat məbləğində müəyyənləşdirilib.

- Müharibə əlillərinin, 20 Yanvar hadisələri zamanı əlil olanların 16 yaşına (ümumtəhsil məktəblərində təhsil alanlar 18 yaşınadək) çatmamış uşaqlarına aylıq müavinət
Müavinət 15 manat məbləğində müəyyənləşdirilib.

- Müharibə ilə və ya 1990-cı ilin 20 yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin, Çernobıl qəzası nəticəsində I və II dərəcə əlilliyi müəyyən edilmiş, yaxud vəfat etmiş valideynlərin uşaqlarına, habelə Çernobıl qəzası nəticələrinin aradan qaldırılması iştirakçılarının dispanser qeydiyyatında olan uşaqlarına
Müavinət 15 manat məbləğində müəyyənləşdirilib.

- Valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət
Müavinət 2019-cu il aprelin 1-dən 100 manat məbləğində müəyyənləşdirilib.

- Valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqlara kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət
Müavinətin məbləği 5 manat təşkil edir.

- Hamiləlik və doğuma görə müavinət
Hamiləlik dövründə və doğumdan sonrakı dövr üçün işləyən qadınlara 126 təqvim günü (doğumdan əvvəl 70 təqvim günü və doğumdan sonra 56 təqvim günü) müddətində ödənişli məzuniyyət verilir. Bu məzuniyyət günlərində (4 ay) ən azı 6 ay sosial sığorta stajı olan şəxslərə əmək pensiyasının minimum məbləğinin 25 mislindən artıq olmamaq şərtilə müavinət verilir.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar