Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

"İqlim dəyişikliyi daha çox qadınlara ziyan vurur" - BMT eksperti

Tarix: 24-09-2019 14:23     Baxış: 3130 A- / A+
"İqlim dəyişikliyi daha çox qadınlara ziyan vurur" - BMT eksperti


İqlim dəyişikliyi daha çox qadınlara ziyan vurur, çünki dünyanın yoxsul əhalisinin 70 faizi qadınlardır.

Manevr.az xəbər verir ki, bunu BMT-nin İnkişaf Prporamının Azərbaycandakı nümayəndəliyinin gender üzrə eksperti Xalisə Şahverdiyeva "Kənd təsərrüfatı və torpaqlardan istifadə sektorunda İstilik effekti yaradan qazların azaldılması üzrə ölkə potensialının gücləndirilməsinə dair" seminarda deyib.

Onun sözlərinə görə, dünyada da iqlim dəyişikliyinə ən çox məruz qalan sahələrdən olan kənd təsərrüfatı sahəsində çalışanların çoxu qadınlardır: "Məsələn , Afrikada kənd təsərrüfatı sahəsində çalışanların 90 faizi qadınlardır. Özbəkistanda ev təsərrüfatlarında su ehtiyaclarının təmini üçün su daşıyanların 70-75 faizi qadınlardır".

Azərbaycanda kənd təsərrüfatı sahəsində çalışanlar arasında qadınların 48 faiz təşkil etdiyini deyən X.Şahverdiyeva vurğulayıb ki, Azərbaycanda iqlim dəyişikliyinin gender baxımından təsiri ilə bağlı tədqiqat aparılmayıb. Buna görə də bununla bağlı rəsmi rəqəm söyləmək düzgün olmaz.

BMT eksperti qeyd edib ki, qadınlar iqlim dəyişikliyinə uyğunlaşma prosesində çox önəmli rol oynayırlar: "Amma Yaşıl İqlim Fondu hesab edir ki, qadın və kişilər bu uyğunlaşma prosesində bərabər iştirak etməlidirlər"./trend/

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar