Sizin Reklam Burada
Xəbər lenti
27-03-2024
26-03-2024
BÜTÜN XƏBƏRLƏR

"Həbsdə olduğum üçün yanında olmamışam..." - Fuad Qəhrəmanlıdan daha bir açıqlama

Tarix: 19-09-2019 22:46     Baxış: 3204 A- / A+
"Həbsdə olduğum üçün yanında olmamışam..." - Fuad Qəhrəmanlıdan daha bir açıqlama

Xəbər verdiyimiz kimi, Fuad Qəhrəmanlının qızı Selcan Yağmur atasından imtina edib. O, buna səbəb kimi atası tərəfindən özü və anasının şiddətə məruz qalmasını göstərib.

Selcan yazdıqlarını təsdiqləyən videomüraciət yayımladıqdan sonra Fuad Qəhrəmanlı daha bir açıqlama yayıb.

Manevr.az həmin açıqlamanı təqdim edir:

"Çox ağır bir mövzu haqda danışmaq istəyirəm. Bu gün qızım Selcan açıqlama yayaraq ailəmiz haqda emosional gərginlik altında bəzi fikirlərini bildirib. Çox təəssüf edirəm, hər birimizin ailəsi var və hər bir ailədə narazılıq olur. Mən həbs olunmamışdan öncə ailə daxilində müəyyən yanlış anlamalar üzündən gərginliklər olmuşdu. Ancaq həbsdə olduğum müddətdə həyat yoldaşım Zümrüd Yağmur mənim ən yaxın dəstəkçım olub. Biz artıq bu mərhələni adlatmışıq. Selcanın bu yazısına səbəb bu səhər onun qadın hüquqları ilə bağlı mövzuda yazdığı rəyi silməsini istəməyim olub və bu da onda emosional gərginlik yaradıb. Bu üzdən də o keçmişlə bağlı xoşagəlməz bəzi nüansları dramatikləşdirərək təqdim edib. Övladım olmasına baxmayaraq onun formalaşma dövründə həbsdə olduğum üçün yanında olmamışam və bu üzdən də feminizm və s. kimi məsələlərə münasibətdə kəskin fikir ayrılıqlarımız yaranmışdı. Bu üzdən Selcanın bu yazısında fikir ayrılığımızdan doğan ziddiyyətin də təsiri var. Tam məsuliyyətlə deyirəm ki, onun bu yazdıqları həqiqət deyil və sadəcə dramatikləşdirilmiş təqdimatdır.

Buna görə çox mənəvi üzüntü yaşayıram. Təəsüf ki, bu hadisəni fürsət bilən bəzi fürsət fəalları bunu təmsil olunduğum təşkilata və mənim şəxsiyyətinə qarşı lincə çevirməyə çalışırlar. Əgər mən zorakı biri olmuş olsaydım nə həyat yoldaşım, nə də ki, övladlarım ictimai fəaliyyətdə olmazdılar.

Siyasi rəqibə qarşı bu qədər qurşaqdan aşağı zərbələr vurmaq heç bir mənəvi ölçüyə sığmır. Onlar bununla mənim fəaliyyətimi əngəlləyəcəklərini düşünürlərsə bilsinlər ki, yanılırlar. Sadəcə ayıb olsun. Bu çətin anda məni fb kəmfürsətlərinin qarşısında tək buraxmayıb dayaq olan hər kəsə təşəkkür edirəm".yeniavaz.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar