Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Aztəminatlı ailələrlə bağlı UNİKAL TƏKLİF

Tarix: 18-09-2019 17:15     Baxış: 3131 A- / A+
Aztəminatlı ailələrlə bağlı UNİKAL TƏKLİF

Azərbaycanda deputat məktəb yaşında uşaqları olan aztəminatlı ailələrə ildə bir dəfə təhsil ehtiyaclarını ödəmək üçün müavinətin verilməsini təklif edir.

Manevr.az-ın məlumatına görə, bu təkliflə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında komitə üzvü Jalə Əliyeva çıxış edib.

Onun sözlərinə görə, Azərbaycanda 5-dən çox uşağı olan qadınlara hər ay 55 manat, doğuşa görə 200 manat birdəfəlik müavinət verilir: “Amma bu gün vətəndaş yenə də “uşaq pulu bərpa ediləcəkmi?”-deyə, sualla müraciət edir. Şəxsən mən düşünürəm ki, məktəb yaşında olan ailələrə birdəfəlik müavinət verilə bilər. Bəzən bir ailədə 2-3 uşaq məktəbə gedir. Avqustun sonu, sentyabrın əvvəlində belə ailələrdə müəyyən sıxıntılar olur. Xüsusilə, ilk dəfə məktəbə gedən uşağın həddindən çox qayğısı var, məktəbin də tələbləri çox olur. Buna görə heç olmasa hər il məktəbyaşlı uşaqları olan ailələrə bir dəfə birdəfəlik - sırf məktəb ehtiyaclarını ödəmək üçün müavinət ayrılsın. Bu məsələ gələn ilin büdcə müzakirələrində ortaya atılarsa, onun həlli ölkədə sosial siyasətin inkişafəna təkan verər”.trend

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar