Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Türkiyədəki yarışmada azərbaycanlı qadını aldatdılar

Tarix: 17-09-2019 11:13     Baxış: 4189 A- / A+
Türkiyədəki yarışmada azərbaycanlı qadını aldatdılar


Türkiyənin ATV kanalında yayımlanan "Güven bana" yarışmasının növbəti buraxılışında iştirakçılardan biri azərbaycanlı olub. Amma Gülüstan Batu evə əliboş gedib.

Manevr.az azxeber.com-a istinadən bildirir ki, Türkiyədəki yarışmada azərbaycanlı qadını aldadıblar. O, 20 min manatdan çox itirib.

Yarışmanın formatı belədir ki, bir-birini tanımayan iki nəfər birlikdə qalib olmağa çalışır. Onlar 15 suala cavab verməlidir. Amma cəmi 2 səhv etmək şansları var. Birlikdə uğur qazanmaq üçün hər iki adam bir-birinə güvənməlidir. Çünki müəyyən mərhələdə tərəflərdən biri uyğun düyməyə tez basaraq həmin dəqiqəyə qədər qazanılan pulları götürüb gedə bilər.

Gülüstan xanım məhz birlikdə yarışdığı adama güvənməklə aldanıb. Muhsin Divan onun etimadını qazanıb, 15-ci sualdan sonra 147 min 500 lirə qazandıqları məlum olan kimi düyməyə basıb.
Gülüstan Batu yarışın gedişində Muhsin Divanın düyməyə basacağı halda hirslənməyəcəyini bildirib. Türkiyəli yarışmaçı da bu məqamı yaddan çıxarmayıb.

Ümumiyyətlə, azərbaycanlı iştirakçı bir o qədər inamlı təsir bağışlamayıb. Sualların az qala hamısına Muhsin Divan cavab verib.

Gülüstan Batu 20 ildir Antalyada yaşayır və ingilis dili müəllimidir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar