Sizin Reklam Burada
Xəbər lenti
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Onları ilk böyük həyat sınaqları gözləyir" - Əli Həsənov

Tarix: 16-09-2019 11:27     Baxış: 3276 A- / A+
"Onları ilk böyük həyat sınaqları gözləyir" - Əli Həsənov


Bu gün yeni dərs ili başlandı. Birinci dəfə təhsil ocaqlarına qədəm qoyan məsum körpələrimizi qarşıda çoxsaylı yeni-yeni imkanlar, sonuncu sinfi tamamlayaraq ali məktəblərə imtahan verəcək şagirdləri isə ilk böyük həyat sınaqları gözləyir. Ulu Tanrıdan bütün Azərbaycan məktəblilərinə təhsildə və gündəlik həyatda uğurlar diləyirəm, onların valideynlərinə sağlamlıq, firəvanlıq, xoş əhval-ruhiyyə, övladları ilə münasibətdə səbr, dəyanət və fədakarlıq arzulayıram".

Manevr.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov özünün Facebook səhifəsində paylaşıb.

"Ümid edirəm ki, bugünkü şagirdlərimizin içərisindən gələcəyin əsl alim və ziyalıları, görkəmli ictimai fəallar, siyasət adamları və mədəniyyət xadimləri, kreativ və təşəbbüskar idarəçilər, işğal altındakı torpaqlarımızın son qarışınadək azad etmək qüdrətində və bacarığında olan igid zabit və əsgərlər, nəhayət, milli iradəli əsl Azərbaycan vətəndaşları yetişəcəkdir. Prezident İlham Əliyev başda olmaqla Azərbaycan dövləti övladlarımızın firəvan, sabit və təhlükəsiz həyat yaşamaları, ən yaxşı məktəblərdə gözəl təhsil almaları üçün hər cür şərait yaratmış və yaratmaqda davam edir. Yetişməkdə olan gənc nəslin sağlam və vətənpərvər ruhda böyüməsi, gözəl təhsil alması, dünya gəncləri ilə müqayisədə rəqabətədavamlı olması dövlətimizin bu sahədə yürütdüyü siyasətin ən ali məqsədidir.

Bilik bayramınız və yeni dərs iliniz mübarək olsun, əziz şagird və müəllimlər, hörmətli valideynlər!"


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar