Sizin Reklam Burada
Xəbər lenti
17-04-2024
16-04-2024
BÜTÜN XƏBƏRLƏR

Avtobus qapısı açıq vəziyyətdə sərnişin daşıyır - VİDEO

Tarix: 14-09-2019 19:27     Baxış: 3135 A- / A+
Avtobus qapısı açıq vəziyyətdə sərnişin daşıyır - VİDEO

İçərisi sərnişinlə dolu olan avtobus qapısı açıq şəkildə hərəkət edir. Avtobusda normadan artıq sərnişin olduğundan açıq qapıdan sallaşanlar da var...

Görüntülər iki gün əvvəl axşam saatlarında Zabrat yolunda çəkilib. Sərnişindaşıma qaydalarının pozulduğu avtobus 216 saylı marşrut xəttinə aiddir. Həmin avtobuslar metronun "Koroğlu" stansiyasından Balaxanı qəsəbəsinə sərnişin daşıyır. Avtobus sürücüsünün yol verdiyi qayda pozuntusu sərnişinlərin narazılığına səbəb olub. Bəzi sərnişinlər xüsusən pik saatlarda avtobusların bu cür dolu olduğunu deyirlər.

216 saylı xəttin sürücüləri sərnişinlərin bu iddiaları ilə razılaşmırlar. Onlar bildirirlər ki, bir çox hallarda sərnişinlər qapını açıq sürməyə məcbur edirlər. Etiraz bildirəndə isə mübahisə yaranır.

Məsələ ilə bağlı daşıyıcı şirkətdən bildirildi ki, həmin sürücüyə töhmət verilib və sürücülərə bir daha belə hallara yol verməmələri tapşırılıb. Daşıyıcı şirkətdən o da bildirildi ki, həftənin birinci günündən etibarən xətdə olan avtobusların sayı artırılacaq. Pik saatlarda interval 8 dəqiqədən 5 dəqiqəyə endiriləcək.

Bakı Nəqliyyat Agentliyindən isə bildirildi ki, məsələ araşdırılacaq və sözügedən daşıyıcı şirkət quruma dəvət ediləcək. Belə halların təkrarlanmaması üçün tapşırıqlar veriləcək.



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar