Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanın Xalq rəssamı vəfat etdi - ŞƏKİL

Tarix: 14-09-2019 10:52     Baxış: 3165 A- / A+
Azərbaycanın Xalq rəssamı vəfat etdi - ŞƏKİL


Azərbaycan mədəniyyətinə ağır itki üz verib.

Manevr.az report-a istinadən məlumatına görə, Azərbaycan rəssamlıq məktəbinin görkəmli nümayəndəsi, Xalq rəssamı, Prezidentin fərdi təqaüdçüsü Tahir Tahirov vəfat edib. O, 71 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, T.Tahirov 30 may 1948-ci ildə Bakı şəhərində anadan olub. 1973-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Rəssamlıq fakültəsini bitirib.

O, bir çox teatr tamaşalarının mahir quruluşçu rəssamı kimi də böyük şöhrət qazanıb. C.Verdinin "Traviata”, C.Rossininin "Sevilya bərbəri”, R.Leonkavallonun "Payatsı”, F.Əmirovun "Sevil” operaları, P.Çaykovskinin "Romeo və Cülyetta”, Q.Qarayevin "Don Kixot”, "Leyli və Məcnun”, T.Bakıxanovun "Xəzər balladası” balet tamaşalarına, A.N.Ostrovskinin "Müdriklər”, İ.Əfəndiyevin "Büllur sarayda”, C.Cabbarlının "Od gəlini”, "Aydın”, S.Vurğunun "Fərhad və Şirin”, N.Həsənzadənin "Pompeyin Qafqaza yürüşü”, H.Orucovun "Bu dünyanın adamları”, B.Vahabzadənin "Cəzasız günah”, Elçinin "Poçt şöbəsində xəyal”, H.Həsənovun "Brüsseldən məktublar” və s. tamaşalara, habelə bir çox dövlət əhəmiyyətli tədbirlərə, yubiley mərasimlərinə uğurlu səhnə tərtibatı verib. Rəssamın məşhur opera və balet tamaşaları üçün böyük ustalıqla yaratdığı səhnə geyimlərinin eskizləri də Azərbaycan təsviri sənətinə şöhrət qazandırıb və bir sənətkar kimi doğma Vətəninə sonsuz məhəbbətin təzahürünə çevrilib.

T.Tahirovun yaradıcılığı Azərbaycan təsviri sənətinin qiymətli nümunəsi kimi milli mədəniyyətimizin təbliğinə xidmət edib. Onun fəaliyyəti hər zaman Azərbaycan dövlətinin diqqətində olub. 2002-ci ildə Əməkdar rəssam, 2013-cü ildə isə Xalq rəssamı fəxri adlarına layiq görülüb.

Allah rəhmət eləsin!

Azərbaycanın Xalq rəssamı vəfat etdi - ŞƏKİL

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar