Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Sosial şəbəkələrdə çoxlu dostu olanlar niyə tənhadır? Psixoloqdan AÇIQLAMA

Tarix: 12-09-2019 15:06     Baxış: 3209 A- / A+
Sosial şəbəkələrdə çoxlu dostu olanlar niyə tənhadır? Psixoloqdan AÇIQLAMA


Günbəgün inkişaf etməkdə olan texnologiya həyatımızın böyük bir hissəsinə təsir edir. Sosial şəbəkələr əhatəmizi genişləndirmək və yeni tanışlıqlar qurmaqda bizə kömək edir.

Lakin,Facebook, Twitter, Instagram qısacası sosial mediada dostların sayı artdıqca gənclər özlərini yalnız hiss edir. Bu kənardan təəccüblü görünür. Amma bir izahı var ki, sosial mediada dostlar çox olsa da bu insanların həyatına bir o qədər də təsir etmir. Yəni, gənclərin bir çoxu sosial şəbəkələrdə aktiv olsalar da, demək olar ki, günlərinin böyük bir qismini burada keçirsələr də, əslində hər gün genişlənən bu çevrə, artan dostlarla həqiqi bir münasibət qurmaları çətin bir hala gəlib çıxıb. Sosial mediada mütəmadi olaraq bir-birinə şərh yazan iki insan real həyatda dostluq qura bilmir. Bəs bütün bunlara səbəb nədir? Problemləri, yalnızlığı yaradan sosial şəbəkələrdirmi?
Mövzu ilə bağlı danışan Psixoloq Elnur Rüstəmov sosial şəbəkələrin istifadəçilərdə müəyyən mənada asılılıq yaratdığını bildirib:

"Bu gün insanların böyük bir qismi sosial şəbəkədən özünə lazım olan və olmayan məlumatlar axtarmaqda istifadə edir. Mütəmadi olaraq istifadə etmək vərdişə səbəb olur. Xüsusən, gənclər sosial şəbəkələrdən dost tapmaq, münasibət qurmaq üçün istifadə edirlər. Orada qurulan münasibətlər nəticəsində, real həyatdan soyuma, ətrafından uzaqlaşma yaranır.Sosial şəbəkələrdən çox istifadə həyəcanlar, narahatlıq, depressiya və sosial fobiya yarada bilər".

Psixoloq bu problemin yaşla əlaqəli olduğunu da qeyd edib:

"Müasir dövrdə azyaşlı uşaqlar telefonsuz yemək yemir. Gününün çox hissəsini telefonla oynamaqla keçirir.Edilən müraciətlərə əsasən, deyə bilərəm ki, yeniyetmələr internetdə daha çox vaxt keçirirlər. İşləyən, aktiv həyat keçirən insanlar sosial şəbəkələrdən çox istifadə etmirlər".
E.Rüstəmov qeyd edib ki, əvvəllər münasibətlər canlı ünsiyyət üzərindən qurulurdusa, indi bir çox gənc bunu sosial şəbəkələr vaistəsilə həyata keçirir:" Əlbəttə, təkcə sevgi yox, dostluq münasibəti quranlar da var. Həmin münasibətin necə davam edəcəyi isə insanların özündən aslıdır.Yaxşı olardı ki, qurulan münasibəti canlı ünsiyyətlə də davam etdirsinlər. Sosial şəbəkələrdə insanları tam olaraq tanımaq mümkün deyil. Çünki, orada insan emosiyaları, mimikaları yoxdur.Sosial şəbəkələr insanların həyatında öz mövqeyini dərinləşdirdikcə insanlar real ünsiyyətdən uzaqlaşırlar və sosial şəbəkədə daha çox ünsiyyətdə olurlar. Səmimiyyət isə daha da zəifləyir. Zamanla burada qurulan münasibətlərə aludəçilik yaranır. Ən böyük zərərini isə ailə qurduqdan sonra görürlər".

Sosial şəbəkələrdən mütəmadi istifadə edən 28 yaşlı Nihad Abdullayev bildirdi ki, artıq 10 ildir sosial şəbəkələrdən aktiv istifadə edir:"Neçə il öncə qurduğum dostluqlar bu gün də davam edir. Dostlarla görüşüb, birlikdə vaxt keçiririk. Amma bəziləri də var ki,sosial şəbəkədə tanış olub, ünsiyyət qururam canlı ünsiyyətə keçdikdən sonra hər şey dəyişir ".
Psixoloq sosial şəbəkələrdən istifadə edən insanlarda tənhalıq hissinin müxtəlif səbəblərdən yarandığını bildirdi: "Sosial faktorlar, psixoloji durum və ailədən qaynaqlanan bəzi problemlər,xüsusən, gənclərdə tənhalıq hissini yaradır. Bunun qarşısını almaq vacibdir ki, həmin insanlarda depresiyaya səbəb olmasın.Çünki, bu insanlar zamanla zərərli vərdişlərə də meyl edirlər.Bunu aradan qaldırmaq üçün ilk növbədə fərd özü çalışmalıdır. Canlı ünsiyyətə üstünlük verməsi, tez-tez gəzintilərə çıxması vacibdir. Əgər insan özü bunun öhdəsindən gələ bilmirsə, bu zaman onun ətrafı məsələyə qarışmalıdır. Yaxşı olardı ki, buna görə mütəxəssisə müraciət etsinlər".

İnsanın nəinki təkcə insanla, həm də təbiətlə, digər canlılarla ünsiyyəti virtual ünsiyyətdən qat-qat üstündür. Sosial şəbəkələrdən tamamilə, imtina etmək də doğru olmazdı. Çünki, onun faydası da var. Bir-birindən uzaqda yaşayan insanlar da əlaqə yarada bilir. Sosial şəbəkələr, əksinə, neçə-neçə insanları ünsiyyətə cəlb edə bilir"

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar