Sizin Reklam Burada
Xəbər lenti
12 noyabr
11 noyabr
BÜTÜN XƏBƏRLƏR

Körpələrin artıq çəkili doğulması nədən xəbər verir?

Tarix: 12-09-2019 11:18     Baxış: 328 A- / A+
Körpələrin artıq çəkili doğulması nədən xəbər verir?


“Uşaqların artıq çəki ilə dünyaya gəlməsi daha çox irsi ola bilər”.

Manevr.az xəbərinə görə, bunu lent.az-a pediatr və endokrinoloq, Azərbaycan Tibb Universitetinin əməkdaşı Gündüz Əhmədov deyib.

Onun sözlərinə görə, ata, ana, yaxud yaxın qohumlarda çəki problemi varsa, uşaq da artıq çəki ilə dünyaya gələ bilər. Bundan başqa, hamiləliyin uzun çəkməsi, yəni dölün 42 həftədən çox ana bətnində qalması, şəkərli diabet, hipotireoz xəstəliklərindən əziyyət çəkən anadan doğulan uşaqlar artıq çəki problemi ilə dünyaya gəlir. Eyni zamanda, uşaq genetik patologiya ilə doğulduqda bəzi irsi xəstəliklər də çəki probleminə səbəb ola bilər.

Ginekoloq Rəşad Sultan isə körpələrin artıq çəki ilə dünyaya gəlməsini ananın çox yeməsi və artıq kalori qəbul etməsi ilə əlaqələndirir: “Günümüzün bəlası çox yemək, kalorili yeməklər, şirniyyatlar, qidalanma rejiminin yanlışlığıdır. Bu, artıq zərərli vərdiş hesab olunmalıdır. Günümüzü yemək stolu arxasında yox, təbiətdə gəzməklə, idmanla keçirməliyik. Yemək menyuları hamilələr üçün daha da önəmlidir. Hamilə qadın gündə 5-6 dəfə qidalanmalı, tez-tez, az-az yeməlidir.

Çörək, düyü və xəmir xörəklərindən az istifadə etmək məsləhətdir. Gündə ən azı 3 litr su içmək, tərəvəz, göyərti, ət, toyuq və balıq yeməkləri lazımdır. Hamiləlikdə şəkərli diabet və qalxanabənzər vəzi çatışmazlığı müvafiq analizlərlə araşdırılmalı, varsa, müalicə almalıdır. Hər hamilə qadın dietoloq nəzarətində olmalıdır. Dölün çəkisinin çox olmasının qarşısını alsaq, qeysəriyyə əməliyyatlarının da sayını azalda bilərik”. /medicina.az/

Manevr.az








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar