Sizin Reklam Burada
Xəbər lenti
12 noyabr
11 noyabr
BÜTÜN XƏBƏRLƏR

“Bizim elə qadınlarımız var ki, ləçərdi...” – Qalmaqallı açıqlama

Tarix: 12-09-2019 08:45     Baxış: 395 A- / A+
“Bizim elə qadınlarımız var ki, ləçərdi...” – Qalmaqallı açıqlama

“Kişilərimiz evlənirlər, amma ailələrini saxlaya bilmədikləri üçün qadınlar onlardan boşanır”

Manevr.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında tanınmış ictimai xadim, Tibb Universitetinin (ATU) dosenti Rəşid Mahmudov boşanmalar haqda danışarkən deyib. R.Mahmudov bu cür halların gələcəyimiz üçün faciə olduğunu bildirib:

“Boşanmaların bir neçə səbəbləri var. O səbəblərdən biri kasıbçılıqdı, ikinci bir səbəb isə hər ay əlli tondan çox ölkəyə gətirilən Palma yağlarıdır ki, kişilərin kişiliyini əlindən alır. Bununla yanaşı, sosial şəbəkələr də milləti pozub. Səbəblərdən biri də ailələrə kənar müdaxilələrin olmasıdır. Xüsusən qız anaları bu işlərə çox qarışırlar. Hələ mən bir neçə səbəbləri sadaladım, problemlər çoxdu. Kişilərimiz evlənirlər, amma ailələrini saxlaya bilmədikləri üçün qadınlar onlardan boşanır. Boşanmaların sayının artması isə gələcəyimiz üçün faciədir”.

R.Mahmudov gənclərimizə evlənmədən öncə fikirləşməyi, bir-birilərini tanımağı tövsiyə edib:

“Bizim elə qadınlarımız var ki, ləçərdi, psixoloji durumları normal deyil, hikkəlidirlər və ona görə də kişilər onlardan canlarını qurtaranda şükür edirlər. Bu problemlər kişilərdə də var. Mən gənclərimizə tövsiyə edirəm ki, evlənəndə düşünsünlər, bir-birilərini tanısınlar. Elə qırmızı tuman görən kimi sevdim deyib yapışmasınlar. Baxsınlar görsünlər bu adamla yaşaya bilərlərmi. Hər şalvar geyinən adama kişi demədiyim kimi, hər uşaq doğan qadına da ana demirəm. Hər adam da ana olmur, oğul”.


Manevr.az








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar