Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

Rövşən Rzayev vətəndaşları qəbul edib

Tarix: 10-09-2019 17:18     Baxış: 3220 A- / A+
Rövşən Rzayev vətəndaşları qəbul edib


Bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev vətəndaşların növbəti qəbulunu keçirib.

Manevr.az xəbər verir ki, Dövlət Komitəsinin sədri əksəriyyəti məcburi köçkün olan 40-dan çox vətəndaşı növbəlilik prinsipi əsasında fərdi qaydada qəbul edib, onların müraciətlərini dinləyib. Müraciətlər mənzil-məişət problemləri, vahid aylıq müavinət, status, məşğulluq və digər məsələlərlə bağlı olub. Bütün müraciətlər müvafiq qaydada qeydə alınıb və rəsmiləşdirilib. Vətəndaşlara bildirilib ki, hər bir müraciət araşdırılacaq, qanunauyğun tədbirlər görüləcək və bu barədə onlara məlumat veriləcək.

Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev məcburi köçkünlərin problemlərinin həllini sosial siyasətin başlıca istiqamətlərindən biri kimi müəyyənləşdirib. Onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün ardıcıl tədbirlər həyata keçirilir, müasir tipli qəsəbələr salınır, hər il minlərlə ailə yeni mənzilə köçürülür. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın tapşırığı əsasında, məcburi köçkünlərin müvəqqəti məskunlaşma yerlərində müntəzəm monitorinqlər aparılır, ən ağır şəraitdə yaşayanlar müəyyənləşdirilir və onlar yeni mənzillərə birinci növbədə köçürülürlər.

Qeyd edilib ki, məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün respublikanın müxtəlif bölgələrində yaşayış binalarının tikintisi davam etdirilir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar