Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Facebook tanışlıq servisini işə saldı

Tarix: 10-09-2019 09:12     Baxış: 4186 A- / A+
Facebook tanışlıq servisini işə saldı


Facebook şirkəti öz sosial şəbəkəsinin daxilində olan Dating adlı tanışlıq servisini ABŞ-da istifadəyə verdi. Bu barədə Techcrunch saytı xəbər verib. Sözügedən servisdən 18 yaşına çatmış istənilən şəxs istifadə edə bilər. Dating-də qeydiyyatdan keçən zaman Facebook sadəcə olaraq istifadəçinin sosial şəbəkədəki adını və yaşını istifadə edir. Bu ilin sonuna kimi isə istifadəçilər həmin servisə Facebook və Instagram-dakı Stories paylaşımlarını inteqrasiya edə biləcəklər.

Facebook tanışlıq servisini işə saldı


Dating istifadəçiləri həmin servisdə öz dostlarını və istəyə uyğun olaraq dostlarının dostlarını görməyəcəklər. Bununla belə servisdə Secret Crush adlı funksiya var. Bu funksiya vasitəsilə istifadəçi Facebook-dakı dostuna və ya Instagram-dakı abunəçisinə ünsiyyət yaratmaqda maraqlı olduğunu bildirən anonim bildiriş göndərə bilər. Əgər ikinci şəxs də eyni bildirişi göndərsə, servis həmin insanların ünsiyyət yaratmalarına imkan verəcək. Dating servisində istifadəçilər özləri üçün partnyor axtarışı üzrə konkret axtarış kriteriyalarını təyin edə bilərlər. Məsələn partnyorun cinsi, yaşı, dini baxışı, ona qədər olan məsafə və s. üzrə axtarış kriteriyalarını təyin etmək mümkündür.

Facebook tanışlıq servisini işə saldı


Manevr.az technote.az-a istinadən bildirir ki, servisdə yalnız mətn formatlı mesajlar vasitəsilə ünsiyyət yaratmaq olar. Facebook-un verdiyi məlumata əsasən Dating servisində istifadəçilərə partnyorların təklif edilməsi sistemi həmin istifadəçilərin Facebook-dakı maraqları, nəyə üstünlük vermələri və davranışları əsasında çalışır. Şirkət servisin alqoritmlərinin necə çalışdığı barəsində tam məlumat verməyib. Qeyd etmək lazımdır ki, şirkət bu servisi hələ 2018-ci ildə anons etmişdi. ABŞ-dan başqa bu servis həmçinin Kolumiya, Meksika, Braziliya, Kanada, Tayland, Vytenam və digər ölkələrdə də çalışır. Şirkət söz verib ki, gələn ilin əvvəlində servisi Avropada da istifadəyə verəcək.

Facebook tanışlıq servisini işə saldı

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar