Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Deputat oğlunun banka borcundan danışdı: “Məbləğin neçə faiz ödənilməsi…”

Tarix: 07-09-2019 11:54     Baxış: 3167 A- / A+
Deputat oğlunun banka borcundan danışdı: “Məbləğin neçə faiz ödənilməsi…”

Ötən gün millət vəkili Fəzail Ağamalının oğlunun kredit mübahisəsinə görə məhkəməyə verildiyi barədə xəbər yayılıb.

Manevr.az xəbər verir ki, Elçin Ağamalıya qarşı iddia "PAŞA Bank" tərəfindən qaldırılıb. Nərimanov Rayon məhkəməsində hakim Solmaz Ədilovanın sədrliyi ilə baxılan işdə bankın Elçin Ağamalı ilə yanaşı “Altus” MMC, eləcə də Ülvi Bayramov və Suqra İmanova adlı digər iki şəxsə qarşı iddiası da araşdırılır. İddiaya səbəb adları qeyd olunanların ipoteka müqaviləsi üzrə - İpoteka borcunun ödənilməməsinin əmlaka yönəldilməsinə dair mübahisələrdir.

Deputat Fəzail Ağamalı mübahisəli məsələ ilə bağlı modern.az-a danışıb.

“Ortada heç bir məhkəmə işi yoxdur. Sadəcə olaraq şirkətin bağlı xırda bir ödəməyə ehtiyac qalıb. Məbləğin neçə faiz ödənilməsi, nə qədər borc qaldığı ekspertlər müəyyənləşdirməlidir. Bu da oğlumla bağlı məsələ deyil. Ondan əvvəl icraçı direktor olan şəxsin nöqsanlarıdır. Oğlum da məsələni öz öhdəliyinə götürüb həll edir”.

Haqqında iddia olan şəxs, Elçin Ağamalı bildirib ki, ona məxsus "Altus" MMC 2015-ci ildə baş verən devalvasiyadan sonra çətin iqtisadi duruma düşüb: "Həmin vaxt şirkətə rəhbərlik edən direktor devalvasiyadan keçən müddət ərzində şirkətin işlərini sağlamlaşdırmaq və yaxşılaşdırmaq istiqamətində çabalarına baxmayaraq problemləri tam şəkildə həll edə bilməmişdi. Nəticədə şirkətimizin "PAŞA Bank"a müəyyən məbləğdə borcları qalmışdı".


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar