Sizin Reklam Burada
Xəbər lenti
17-04-2024
16-04-2024
BÜTÜN XƏBƏRLƏR

Deputatdan ETİRAF: Bunu ən çox imkanlı şəxslər edir, qanun tam gücü ilə işləmir

Tarix: 07-09-2019 09:43     Baxış: 3199 A- / A+
Deputatdan ETİRAF: Bunu ən çox imkanlı şəxslər edir, qanun tam gücü ilə işləmir

Son vaxtlar Ümumdünya Səhiyyə Təşkilatı elektron siqaretlə bağlı həyacan təbili çalmaqdadır. Çünki insan sağlamlığı üçün ziyanlı olan elektron siqaretdən istifadə edənlərin sayı gündən-günə artır.

Artıq məsələnin ciddiliyini nəzərə alan bir çox ölkələr bununla bağlı müəyyən tədbirlər görməyə başlayıb. İlk olaraq ABŞ-ın Miçiqan ştatında elektron siqaretlərə qadağa qoyulub. Həmçinin, elektron siqaretlərin pərakəndə və onlayn satışına da altı ay müddətinə icazə verilməməsi ilə bağlı qərar qəbul edilib.

Azərbaycanda da elektron siqaretlərin qadağan edilməsi gündəmə gələ bilərmi?

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, deputat Musa Quliyev bildirib ki, Azərbaycanda elektron siqaretdən istifadə edənlər imkanlı, yuxarı təbəqənin adamları, özünü cəmiyyətdə göstərmək istəyənlərdir.

"Təəssüf ki, ölkəmizdə bu, dəb halını alıb. Amma yaxşı nümunə deyil. Azərbaycanda tütünün istifadəsini məhdudlaşdırmaq haqqında qəbul olunan qanunda elektron siqaretlər də adi siqaretlər və digər tütün məmulatları ilə bərabər tutulur.

Onların qapalı məkanlarda çəkilməsi qadağan edilib. Amma hələlik elektron siqaretin tam ləğvi gözlənilmir. Müəyyən maarifləndirmə işi aparıldıqdan sonra bu barədə danışmaq olar.

Etiraf etmək lazımdır ki, qəbul edilən qanun da tam gücü ilə işləmir. Kifayət qədər nəzarət yoxdur. Qanunun tam işləməsi üçün vaxt lazımdır".

Deputat deyib ki, hazırda elektron siqaret və sulu qəlyan Azərbaycanda çox geniş yayılıb.

"Elektron siqaretin tərkibində nikotinin olmadığını deyənlər yanılır. Alışqanlıq yaratması məhz tərkibində nikotinin olması ilə bağlıdır. Onun da yanma məhsulu digər tütün məmulatları kimi kanserogen maddələr, bu isə öz növbəsində insanlarda xərçəng, tənəffüs yolları xəstəlikləri yaradır".oxu.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar