Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Əmək Məcəlləsində VACİB YENİLİK – Artıq bu məsələ də nəzərə alınacaq

Tarix: 06-09-2019 12:36     Baxış: 3142 A- / A+
Əmək Məcəlləsində VACİB YENİLİK – Artıq bu məsələ də nəzərə alınacaq


Əmək qanunvericiliyinin təkmilləşdirilməsi işləri çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən hazırlanmış, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” yeni qanun layihəsində Məcəlləyə “Ailə vəzifələri olan işçi” anlayışının əlavə edilməsi də nəzərdə tutulur.

Nazirlikdən verilən məlumata görə, məcəllənin 3-cü maddəsinə nəzərdə tutulan əlavədə “Ailə vəzifələri olan işçi” anlayışı “himayəsində olan uşaqlarla, eləcə də həkim məsləhət komissiyasının rəyinə əsasən qulluğa və köməyə həqiqətən ehtiyacı olan digər ailə üzvləri (atası, anası, babası, nənəsi, əri (arvadı), uşaqları (o cümlədən övladlığa götürülənlər), doğma və ögey bacıları və qardaşları, nəvələri, ərinin (arvadının) valideynləri, qardaşları, bacıları) ilə münasibətdə ailə vəzifələri olan kişi və qadın işçi” kimi təqdim edilir.

Bununla paralel olaraq Əmək Məcəlləsinin “Əmək münasibətlərində ayrı-seçkiliyin yolverilməzliyi” adlanan 16-cı maddəsinə əlavə edilərək müəyyən ediləcəkdir ki, əmək münasibətlərində digər amillərlə yanaşı “ailə vəzifələri” amilinə görə də ayrı-seçkiliyə yol verilməsin.

Qeyd olunan dəyişiklikdə məqsəd milli qanunvericiliyin Azərbaycanın qoşulduğu Beynəlxalq Əmək Təşkilatının “Kişi və qadın işçilər – ailə vəzifələri olan işçilər üçün bərabər imkanlar və bərabər rəftar haqqında” 156 nömrəli Konvensiyasına uyğunluğunu tam təmin etməkdir. (baku.ws)


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar