Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

Gənc qızların DİQQƏTİNƏ! - Belə geyinin ki, sizə gülməsinlər -Mütəxəssis danışır

Tarix: 01-09-2019 14:49     Baxış: 3156 A- / A+
Gənc qızların DİQQƏTİNƏ! - Belə geyinin ki, sizə gülməsinlər

Artıq dərs ilinin başlamasına az bir müddət qalıb.
Xatırladaq ki, bir-neçə dəfə universitetə yollanan tələbələrin geyimi söz-söhbətə səbəb olub. Şortiklə dərsə gedən gənclərimizlə bağlı əməlli başlı qalmaqal yaranmışdı.
Universitetlər hələ də tələbələrin necə geyinməsi ilə bağlı qəti qərara gələ bilməyib. Ancaq şort tipli geyimlər artıq qadağan edilib.
Bəs tələbələr əslində necə geyinməlidir ki, həm zövqlü görsənsinlər, həm də problem yaranmasın?
Bu məsələni aydınlaşdırmaq üçün lent.az mütəxəssisə müraciət edib.
Bu mövzuda Türkiyədə yaşayan azərbaycanlı modelyer Ləman Süleyman tələbələrimizə çox gözəl məsləhətlər verib.
Gənc qızların DİQQƏTİNƏ! - Belə geyinin ki, sizə gülməsinlər

Modelyer bildirib ki, tələbələr əsasən sadə geyimlərə üstünlük verməlidirlər:
“Düşünürəm ki, onlar oxuduqları təhsil ocağına uyğun olaraq geyinməlidirlər. Ümumiyyətlə, hər kəs geyim seçərkən getdiyi məkanı nəzərə almalıdır ki, həmin məclisdə və ya hansınsa məkanda yersiz görünməsin”.
L.Süleymanın sözlərinə görə, kasual tərzi (gündəlik, rahat, sport geyimin nizamlı və gözəl olması) hər zaman öz aktuallığını qoruyub saxlayır:
“Çünki bu tərz bir neçə stilləri özündə birləşdirir və eyni zamanda rahatlıq bəxş edir. Ancaq burada düzgün kombinə etmək vacibdir. Məsələn, ən asan nümunə deyə bilərəm ki, cins şalvar, kofta və pencək istənilən keta və ya ayaqqabılarla kombinə edilə bilər”.
Modelyer bildirdi ki, 2019-2020-ci ilin trendi isə bol, geniş geyimlər olacaq:
“Dar və incə trikotajlar artıq aktuallığını itirib. Dar geyim seçərkən diqqət edilməlidir. Çünki bu ilin trendi geniş stildə olan paltarlardır".
Ləman xanım makiyaj edərkən də sadəliyə üstünlük verməyi tövsiyə edir:
“Makiyaja gəlincə, mat və pastel tonlar istifadə olunmalıdır. Qarışıq və tünd tonlar daha çox gecə geyimləri üçün nəzərdə tutulur. Lakin bir məqamı da diqqətinizə çatdırım ki, dünyada moda və trendlər artıq daha çox sadəliyə üstünlük verirlər. Buna görə də, istər tələbələr, istər də başqa insanlar olsun təbii və sadə görünüşə üstünlük verilərsə, daha da zövqlü görünərlər”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar