Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Kişiləri ən çox 50 yaşdan sonra narahat edən problem

Tarix: 30-08-2019 20:50     Baxış: 4124 A- / A+
Kişiləri ən çox 50 yaşdan sonra narahat edən problem


Prostat adenoması və ya tibdə daha çox prostat vəzinin xoşxassəli hiperplaziyası kimi bilinən prostat vəzin böyüyərək sidik kanalını sıxması, nəticədə sidik axınının ləngiməsinə ve çətinləşməsinə gətirib çıxaran bir xəstəlikdir. Çox rast gəlinən bu xəstəlik kişilərdə yaşlanma ilə birgə hormonal dəyişikliklərlə əlaqədardır. Daha çox 50 yaşdan sonra kişilərdə müşahidə olunur.

Manevr.az e-tibb.az-a istinadən bildirir ki, bu barədə Mərkəzi Klinik Xəstəxananın açıqladığl məlumatda qeyd olunjub. Klinikanın həkimi, uroloq Eldar Abbasov bildirib ki, 50 yaşından yuxarı hər bir kişi hər hansı bir şikayəti olmasa belə, ildə bir dəfə mütləq uroloji müayinədən keçməlidir.

Prostat adenomasının əlamətləri bunlardır:
- normaldan daha çox sidiyə getmə ehtiyacı
- gecələr tez-tez sidiyə qalxma
-qeyri-iradi sidik ifrazı
-sidiyə gedərkən haçalanma
-gücənərək sidiyə getmə
-kəsik- kəsik sidik ifrazı
-sidim axınının zəifləməsindən
-sidik kisəsini tam boşaltmama və qalıq sidik hissiyatı


Prostat adenomasina necə diaqnoz qoyulur?
-xəstənin anemnezi, şikayətləri
-T.PSA (Prostat spesifik antigen) prostat xərçəngindən fərqləndirmək üçün qan testi
-uroflowmetriya ( sidik axım testi)
-Ultrases müayinəsi - böyrək sidik kisəsi ve prostat vəzi orqanlarının görüntülənməsi
-Sidik ifrazı sonrası qalıq sidiyə baxılması
Bəs prostat adenomasının müalicəsi necə aparılır?

-Dərman müalicəsi. Daha çox erkən mərhələdə, şikayətlərinin yüngül və orta hallarında daha effektlidir
Cərrahi müalicə
- Açıq prostat əməliyatı
- Qapalı prostat əməliyatı
Prostatın böyüməsi zamanı olan problemlər onun daha çox böyüməsi deyil, yaratdığı şikayətlər önəmlidir. Bəzən kiçik prostatlar belə böyük sosial və tibbi problemlər yaradır.
Prostat xəstəlikləri şikayəti ilə müraciət edən xəstələrdə ən önəmli olan prostat adenoması yoxsa prostat xərçəngi olduğunu düzgün müəyyənləşdirməkdir.
Qeyd olunub ki, prostat böyüməsi (adenoması) günümüzdə düzgün şəkildə müalicə olunmaqdadır.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar