Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Qınaq, yoxsa qarayaxma kampaniyası?: ƏƏSMN və DGK oliqarxların hədəfində

Tarix: 30-08-2019 18:54     Baxış: 4308 A- / A+
Qınaq, yoxsa qarayaxma kampaniyası?: ƏƏSMN və DGK oliqarxların hədəfində
Son çağların ən çox gündəmi işğal edən qonusu Dövlət Gömrük Komitəsi (DGK ) və onun sədri ilə bağlıdır. İş o yerə çatıb ki, ölkənin daxili bazarının qorunmasında strateji əhəmiyyət daşıyan gömrüyün ləğv edilməsi haqqında fikirlər səslənir.
Hətta vətəndaşın adi bir müraciətinə “qanunverici orqan icra hakimiyyəti orqanına göstəriş verə bilməz” prinsipi ilə cavab verməkdən imtina edən millət vəkilləri belə, komitə sədrinin dəyişdirilməsi “donos”unu verirlər. Maraqlıdır, DGK və onun sədrinə qarşı hücumlar nədən qaynaqlanır? Axı, iddia edildiyi kimi, nə tayfabazlıq, nə digər neqativ hallar təkcə DGK sisteminə xas deyil. Bu qurumdan daha “dəhşətli tayfabazlıq” nümunələri olan dövlət və özəl qurumları, partiyaları göstərmək, fikrimizcə, elə də çətin olmaz. Onu da vurğulayaq ki , Naxçıvan kökənli məmurların yeri gələndə köklü mərdlik, kişilik sərgiləmələri də idxal-ixrac biznesi ilə məşğul olan sahibkarların dilindən düşmür. Uzağa getməyək, “Laba” ayamalı Mübariz adlı gömrük əməkdaşını bir çox media qurumları topluma az qala “monstr” kimi sırımışdılar. Türkiyədən Naxçıvan yolu ilə mal gətirən Qarabağ əlili sahibkarlar isə “Laba”nın onlardan heç çağ ödəniş almadığını, əksinə, imkan düşdükcə ciblərinə pul basdığını vurğulayırdılar. Elə indi də xaricə mal vuran sahibkarların çoxu gömrük yoxlamasının “baxtına” Naxçıvandan olan gömrükçünün düşməsini arzulayır. Bu da səbəbsiz deyil, yəqin digər gömrük məmurlarından çəkdiklərini çəkiblər.

Qonudan uzaqlaşmağımızı düşünənlər yanılırlar. DGK və onun sədrinə hücumun başlıca nədəni basına -mediaya açıq olması və qanunsuz sövdələşmələrə , yəni görüm -baxımla qələm yiyələrini qələmlərini qələmqabında gizlətməyə rəvac verməməsidir. Qurumun digər “suçu” məmur-oliqarxların bazarına da gömrük rüsumu tətbiq etməsidir. Aydın olsun deyə, iri idxal-ixrac biznesi ilə başlıca olaraq iri məmurların, deputatların məşğul olduğunu vurğulayaq. Bir məsələni də unutmayaq ki, gömrüyün sərt rüsum -vergi siyasəti Nazirlər Kabinetinin qərarından qaynaqlanır və bu sərtliyin sonucu olaraq büdcəyə daxil olan vəsait proqnozu tam doğruldur. Əldə etdiyimiz məlumata görə, artıq Vergilər Nazirliyi də “köhnə qayda” ilə vergi tələbinə başlayıb.

DGK ilə fərqli olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN ) ölkənin bütün əhalisi ilə ilgilidir. Bu baxımdan ƏƏSMN -i ölkənin ən böyük nazirliyi kimi təqdim etməyimiz yanlış olmaz. Yəqin elə buna görədir ki, vətəndaşların rahatlığını təmin etmək amacı ilə sözügedən nazirliyin yanında yeni-yeni qurumlar yaradılır . Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Xidməti də belələrindəndir. Yeri gəlmişkən, Prezidentin yanında keçirilən iclasda ƏƏSM nazirinin səsləndirdiyi 94 faizlik məmnunluq haqqında fikirlər qərəzlə topluma yanlış izah edilir. Məsələ bundadır ki, nazir ilk DOST mərkəzinin xidmətindən yararlanan bir neçə minlik şəxsin mərkəzdəki jurnalda qeyd etdiklərinə əsasən onların 94 faizinin xidmətdən məmnun olduqlarını bildirib. Bəzi mətbuat orqanları isə bu 94 faizin bütün ölkə əhalisinə aid olduğunu vurğulayıb insanları çaş-baş , naziri gözdən salmaq yolunu seçiblər.

Qınağın-tənqidin qarşısına heç kəs sədd çəkə bilməz. Ən azı, qınaq-tənqid olmasa, inkişaf da olmaz. Bir də qınaq dostlar üçündür , DOST mərkəzlərini də qınamaq olar, DGK-nı da, onların rəhbərlərini də. Amma qınaq obyektiv, haqlı olmayanda qərəz, qarayaxma yetgisi bağışlayır.

Məğrur Bədəlsoy

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar