Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Dini mərasimlərimiz xurafatdan uzaq olsun - Rəsmi ÇAĞIRIŞ

Tarix: 30-08-2019 15:51     Baxış: 3125 A- / A+
Dini mərasimlərimiz xurafatdan uzaq olsun - Rəsmi ÇAĞIRIŞ

Avqustun 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfovun iştirakı ilə ölkədəki mövcud dini duruma həsr olunmuş müşavirə keçirilib.

Manevr.az-ın xəbərinə görə, müşavirəni açan DQİDK sədri Mübariz Qurbanlı respublikada dövlət səviyyəsində milli-mənəvi dəyərlərimizin qorunması, din siyasətinin həyata keçirilməsi, dövlət-din münasibətlərinin formalaşması və inkişafı istiqamətində görülən işlər, mövcud dini durum, eyni zamanda müzakirə olunacaq məsələlər barədə ətraflı məlumat verib.
Çıxışı zamanı sentyabrın 1-nə təsadüf edən Məhərrəm ayında bütün mərasimlərin qanunvericilik çərçivəsində təşkilinə, Azərbaycan xalqının, İslam dininin yüksək mədəni normalarına uyğun keçirilməsinin vacibliyinə də toxunan Komitə sədri bu istiqamətdə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) ilə birlikdə əvvəlcədən maarifləndirmə məqsədilə hazırlıq işlərinin həyata keçirildiyini, Komitə tərəfindən Tədbirlər Planının hazırlandığını bildirib.
Tədbirlər Planına əsasən, Bakı şəhəri də daxil olmaqla respublikanın müxtəlif bölgələrində maarifləndirici tədbirlərin, görüşlərin keçirildiyini nəzərə çatdıran Mübariz Qurbanlı qeyd edib ki, əsas məqsəd bu mərasimlərin bütün məscidlərdə qanunun tələblərinə və QMİ-nin fətvasına uyğun şəkildə yerinə yetirilməsidir.
Daha sonra DQİDK-nın bölgə şöbə müdirləri regionlardakı dini durum, din adı altında qanunvericiliyə və milli maraqlara zidd təbliğatın aparılmasının qarşısının alınması istiqamətində aidiyyəti qurumlarla birgə görülmüş profilaktik işlər, o cümlədən təziyə məclislərinin məscidlərdə, ibadət ocaqlarında və onlara aid ərazilərdə təşkil olunması, İslam qaydalarına uyğun formada həyata keçirilməsi ilə bağlı atılan qabaqlayıcı addımlar barədə danışıblar.
Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov dini mərasimlərin mahiyyətinə uyğun, xurafat elementlərindən uzaq təşkil edilməsinin vacibliyinə diqqət çəkib. Şöbə müdiri Məhərrəm ayı zamanı Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə talassemiya və hemofiliya xəstələri üçün keçirilən ənənəvi qanvermə aksiyasının xüsusi önəm daşıdığını vurğulayıb. E.Nəcəfov təziyə mərasimlərində Kərbəla şəhidləri ilə yanaşı, Qarabağ müharibəsi zamanı şəhid olan soydaşlarımız və qazilərimizin də anılmasının zəruriliyini qeyd edib.
Sonda müzakirə olunan məsələlərlə bağlı şöbə müdirlərinə müvafiq tapşırıq və tövsiyələr verilib.


Manevr.az

Dini mərasimlərimiz xurafatdan uzaq olsun - Rəsmi ÇAĞIRIŞ

Dini mərasimlərimiz xurafatdan uzaq olsun - Rəsmi ÇAĞIRIŞ

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar