Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Ali təhsillə bağlı qanun layihəsi nə vaxt müzakirə olunacaq? - Deputatlara tapşırıq verildi

Tarix: 28-08-2019 12:49     Baxış: 3128 A- / A+
Ali təhsillə bağlı qanun layihəsi nə vaxt müzakirə olunacaq? - Deputatlara tapşırıq verildi

Milli Məclisin Elm və təhsil komitəsinin parlamentin 2019-cu il payız sessiyası üçün əsas prioriteti "Ali təhsil haqqında" qanun layihəsinin müzakirəyə çıxarılmasıdır.
Bu barədə oxu.az-a Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli məlumat verib.

Deputatın sözlərinə görə, Elm və təhsil komitəsi sözügedən qanun layihəsi üzərində iş aparır.

"Artıq İşçi qrupu müəyyənləşdirilib. İşçi qrupunun tərkibinə həm Milli Məclisin Elm və təhsil komitəsinin üzvləri, həm də Təhsil Nazirliyinin və digər təhsil qurumlarının nümayəndələri daxildir. Bildiyiniz kimi, biz iyul ayında "Ali təhsil haqqında" qanun layihəsini İşçi qrupu ilə birlikdə müzakirə etmişik", - deyə İ.Həbibbəyli bildirib.

O söyləyib ki, komitə üzvü olan deputatlara və İşçi qrupunun digər üzvlərinə tapşırıqlar verilib.

"Ali təhsil haqqında" qanun layihəsinin maketi hazırlanıb və komitə üzvlərinə təqdim olunub. Düşünürəm ki, yay tətili müddətində deputatlarımız və İşçi qrupunun üzvləri öz təkliflərini hazırlayıblar. Biz komitənin sentyabr ayında keçirəcəyimiz iclasında bu sənədin ilkin layihəsini təkliflər əsasında formalaşdıracağıq. Çalışacağıq ki, qanun layihəsini payız sessiyasının plenar iclaslarına müzakirəyə çıxaraq".

Qeyd edək ki, Milli Məclisin payız sessiyasının ilk plenar iclası sentyabrın 30-da keçiriləcək.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar