Sizin Reklam Burada
Xəbər lenti
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

Ruh varmı? – Birmənalı cavabı olmayan SUAL

Tarix: 27-08-2019 19:33     Baxış: 3232 A- / A+
Ruh varmı? – Birmənalı cavabı olmayan SUAL


Bütün zamanlarda müzakirə olunan, amma hələ də birmənalı olaraq cavabı tapılmayan bir çox suallar var. Onlardan biri də “Ruh varmı” sualıdır. Bəzi mənbələrdə “Ruh”un varlığı haqqında iddialar olsa da, bunu inkar edən də bir çox fikirlər, mülahizələr mövcuddur.

Ruh dilimizdə vətəndaşlıq haqqı qazanmış “ruh” anlamının fərqli mənaları var. İnsanın qəlbi, canı, ruhu bizdə eyni sözlə “Ruh”la ifadə olunur.

Ruhların həqiqətən var olması ilə bağlı fakt kimi təqdim olunan məsələlər də var:

Məsələn, fransız həkim İppolit Baradyük xəstələrini ölən zaman fotolentə alırmış və bu fotoşəkillərdə ölən zaman cansız cəsədin üzərində yarı şəffaf bulud əmələ gəldiyi görülüb.

Sankt-Peterburqdan olan həkimlər eyni məqsədlə infraqırmızı görmə cihazlarından istifadə ediblər. Onlar insan bədənindən ayrılan dumanın yuxarı qalxaraq, ətrafa yayıldığını görüblər.

Amerikalı psixoloq Çarlz Tart öləcək insanların palatasına ossiloqraf cihazı yerləşdirib. Xəstə öləndən sonra cihaz elektromaqnit sahəsində dəyişikliklər qeydə alıb.

Delaver ştatında olan doktor Melvin Mors narkotik qarabasmaları keçirdən xəstələri araşdıran zaman maraqlı fakta rast gəlib. Narkotik asılı xəstələrin dörddə biri həyatla ölüm arasında olan hissi yaşadıqlarını deyiblər. Maraqlı odur ki, bu hallarda onlar olduqları məkanda saatların əqrəblər dayanıb.

Müasir alimlərə görə isə insanın düşünmək qabiliyyəti beyindəki neyronlarla, onları əmələ gətirən molekul və atomlarla deyil, tamam kənar, anlaşılmaz bir substansiya ilə qaynaqla bağlıdır. Məsələn, məşhur araşdırmaçı Uilder Penfild (Wilder Penfield) uzun illər apardığı tətqiqatlardan sonra ruhun varlığının inkaredilməz bir həqiqət olduğunu bildirir:

“Ağlı sadəcə, beynin funksiyası kimi izah etmək üçün illərlə çalışandan sonra başa düşürsən ki, varlığımızın iki ünsürdən ibarət olması haqqında deyilənlərlə razılaşmaqdan başqa yol yoxdur. Ağlı yalnız beyində baş verən fiziki-kimyəvi proseslərlə izah etmək mümkünsüzdür. Demək, varlığımız iki ünsürdən – maddə və ruhdan ibarətdir”.

Elm adamlarını bu qənaətə gətirən səbəb şüurun heç bir halda maddi amillərlə izah olunmamasıdır. İnsan beyni 5 duyğumuzun toplandığı və analiz edildiyi möhtəşəm kompüter kimidir. Amma bu kompüterin “mənlik” duyğusuna sahib olması, hiss etməsi, düşünməsi mümkün deyil. (cebhe.info


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar