Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Bakı polisindən xəbərdarlıq: "Dilənçilərə pul verməyin!"- VİDEO

Tarix: 24-08-2019 19:18     Baxış: 4127 A- / A+
Bakı polisindən xəbərdarlıq: "Dilənçilərə pul verməyin!"- VİDEO

Avtomobillərin arasına girərərək sürücülərdən pul istəyirlər.

Yolda bir az sıxlıq yaşanan kimi qəfildən sayları artır və bir-bir sürücülərə yaxınlaşıb onların hərəkətinə mane olurlar.

Söhbət dilənçilik və avaraçılıqla məşğul olan şəxslərdən gedir. Gecə-gündüz demədən paytaxt küçələrində olan bu şəxslər öz həyatları ilə yanaşı sürücüləri də çətin vəziyyətdə qoyurlar.

Dilənçiliklə məşğul olan bəzi şəxslər hətta uşaq oğurluğuna da əl atırlar. Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi Elşad Hacıyev deyir ki, son vaxtlarəmək qabiliyyəti olan, ancaq işləmək vərdişindən uzaq olan dilənçilərin nəzarətsiz qalan azyaşlıların oğurlaması və talama cinayətlərində iştirakına rast gəlinir.Elşad Hacıyevin sözlərinə görə, bu il baş vermiş belə faktlar polis tərəfindən araşdırılarkən müəyyən edilib ki, zərərçəkmiş ailələr həmin dilənçilərə inanıb etibar ediblər. Hətta evlərində onlara sığnacaq da veriblər.

Dilənçilik və avaraçılqıla məşğul olan bu şəxslər kriminal risk qrupuna aid olduqları üçün Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları onlara qarşı mübarizə tədbirlərini daim gücləndirir. Elşad Hacıyev deyir ki, onlar dilənçilik adı altında yaşayış evlərinə, mənzillərə, mağazalara, avtomobillərə daxil olmaqla, nəzarətsiz qalan əşyaları talamaqdan belə çəkinmirlər. Hətta müşahidə olunur ki, dilənçilər fala baxamaq adı ilə insanları aldadıb, onların duyğuları ilə oynayırlar. İlin əvvəlindənbu günə qədər paytaxt ərazisində xeyli sayda azyaşlı dilənçi saxlanılıb. Onlarla proflaktik söhbətlər aparıldıqdan sonra ailələrinə təhvil verilib.

Polis vətəndaşlara belə şəxslərə qapını açmamağı, küçədə isə inanmamağı və diqqətli olmağı tövsiyyə edir.xezerxeber.az



Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar