Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

ABŞ yəhudilərinin ən iri sinaqoqunda Azərbaycan tədbiri

Tarix: 21-08-2019 15:56     Baxış: 3114 A- / A+
ABŞ yəhudilərinin ən iri sinaqoqunda Azərbaycan tədbiri


Müxtəlif ölkələrdə getdikcə artmaqda olan anti-semitizm fonunda Azərbaycanda tam dini etiqad azadlığı

Los Ancelesdə fəaliyyət göstərən və İran yəhudilərinin ABŞ-da ən böyük sinaqoqu olan Nessah Sinaqoqunda 17 avqust 2019-cu il tarixində Azərbaycanın multikulturalizm və tolerantlıq ənənələrinə həsr olunmuş geniş tədbir keçirilib.

Manevr.az məlumatına görə, 800-dən çox yəhudinin iştirak etdiyi tədbirdə sinaqoqun dəvətilə Los Anceles Konsulluq Korpusunun duayeni (sədri), Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev çıxış edib.

Tədbiri giriş nitqi ilə açan Sinaqoqun baş ravvini Devid Şofet Azərbaycan kimi multikulturalizm və tolerantlıq dəyərlərinə yüksək önəm verən bir ölkə ilə yaxından tanış olmaqdan böyük şərəf hissi keçirdiyini vurğulayıb. O, dünyada baş verən dinlərarası münaqişələr və müxtəlif ölkələrdə getdikcə artmaqda olan anti-semitizm və irqçilik fonunda Azərbaycanda bütün xalqların, o cümlədən yəhudilərin azad və dinc şəraitdə birgə yaşamalarının, tam dini etiqad azadlığına malik olmalarının olduqca təqdirəlayiq olduğunu qeyd edərək, buna görə Azərbaycan xalqına və dövlətinə təşəkkürünü çatdırıb. Ravvin Şofet nə tarix boyu, nə də bu gün hər hansı anti-semitizmin olmadığı Azərbaycanı bütün yəhudilərin dostu adlandırıb.

Baş konsul N.Ağayev öz çıxışında Azərbaycanın yerləşdiyi mürəkkəb coğrafi məkan, müstəqillik tarixi, sosial-iqtisadi inkişafı, uğurlu xarici siyasəti və multikulturalizm və tolerantlıq ənənələri, eləcə də Azərbaycan yəhudilərinin tarixi barədə ətraflı məlumat verib.

Baş konsul xalqımızın əsrlərdən bəri yüksək səviyyəli tolerantlıq mədəniyyəti yaradaraq inkişaf etdirdiyini bildirib. Multikulturalizmin bir dövlət siyasəti kimi bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında böyük uğurla həyata keçirildiyini söyləyən diplomat, Azərbaycan multikulturalizminin bütün dünyaya gözəl bir örnək olduğunu vurğulayıb.

Bundan başqa, N.Ağayev Azərbaycan və İsrail arasında müxtəlif sahələrdə uğurlu tərəfdaşlıq əlaqələrinin qurulduğunu və bu əlaqələrin müxtəlif sahələrdə ilbəil daha da genişləndiyini bildirib.

Təqdimat iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Los Anceles İran və İsraildən kənarda ən çox İran yəhudisinin yaşadığı şəhərdir. Burada 60 minədək İran yəhudisi yaşayır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar