Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

BSU-nun tanınmış müəllimindən NAZİRƏ MÜRACİƏT - "İki övladım var..."

Tarix: 21-08-2019 13:35     Baxış: 3133 A- / A+
BSU-nun tanınmış müəllimindən NAZİRƏ MÜRACİƏT - "İki övladım var..."

Bakı Slavyan Universitetinin (BSU) müəllimi, dosent Mübariz Əhmədov təhsil naziri Ceyhun Bayramova müraciət edib.

İki övladı ödənişli əsaslarla təhsil alan Mübariz Əhmədov universitet müllimlərinə bu məsələdə güzəşt olunmasının vacibliyini bildirib:

“Yaxın vaxtlarda təhsil nazirimiz Ceyhun Bayramov universitet rəhbərlərinə tələbələrdən təhsil haqqını hissə-hissə ödəmələrinə şərait yaratmaları barədə tapşırıq verdi. Bu, çox təqdirəlayiq bir addım oldu. Bu səbəblə cənab Bayramova təşəkkür edirəm!

Təəssüflər olsun ki, hər dəfə mediada "Müəllimlərə şad xəbər" rubrikası altında müəllimlərin maaş artımı ilə bağlı xəbər yayılanda nədənsə, mötərizədə "Ali məktəb müəllimləri istisna olmaqla" qeyd olunur. Yəni, bu artımların ali məktəb müəllimlərinə aidiyyəti olmur.

Bu səbəblə də çox istərdim ki, təhsil nazirimiz Ceyhun Bayramov universitet rəhbərlərin tapşırıq versin. Orta məktəb müəllimləri istisna olmaqla, hər hansı bir universitet müəllimi, dosenti və professorunun iki və daha artıq övladı eyni vaxtda ödənişli əsaslarla ali məktəbdə təhsil alırsa, onların təhsil haqqı ən azı 50%-ə endirilsin. Bu tələbələr eyni universitetdə təhsil alarlarsa, o zaman onlardan birinin təhsil haqqı aradan qaldırılsın.
Müəllim olaraq təhsildən qazandığım, yəni aldığım maaşı elə təhsilə qaytarmaqla bu iki tələbənin ali məktəbi bitirmələrinə nail olmağa cəhd edəcəm. Yolumuz yaxşı yol olduğundan inanıram ki, yarı yolda qalmarıq!

Sonda onu deyim ki, çoxlarının bildiyi kimi müəllimlik şərəfli peşədir. Mənim üçün isə bu şərəf hazırda ikiqatdır. Çünki həm evdə iki tələbənin qarşısında, həm də universitetdə çoxsaylı tələbələrin arasında müəllim şərəfini qorumaq əsl fədakarlıq, həmçinin qəhrəmanlıqdır. Həm qızım, həm də oğlum gələcəkdə iqtisadçı olacaqlar. Onlar hazırda yaranmış vəziyyəti yaxşı dərk etdiklərindən hər ikisi mənə "Ata, gələcəkdə təhsilimizə qoyduğunuz sərmayəni mütləq doğruldacağıq", - deyirlər”.

Qeyd edək ki, Mübariz Əhmədovun qızı Gülanə Əhmədova İqtisadiyyat Universitetinin İqtisadiyyat fakültəsində türk dilində təhsil alır. 3-cü kurs tələbəsidir, təhsil haqqı 2300 AZN-dir. Oğlu Ülvi Əhmədov isə bu il Bakı Biznes Universitetinin Marketinq ixtisasına qəbul olub. Təhsil haqqı 2000 AZN-dir.redaktor.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar