Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Gələn aydan iş yerlərində icbari sığortanın tətbiqi sahəsində elektron məlumat mübadiləsinə başlanacaq

Tarix: 21-08-2019 11:43     Baxış: 3111 A- / A+
Gələn aydan iş yerlərində icbari sığortanın tətbiqi sahəsində elektron məlumat mübadiləsinə başlanacaq


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Maliyyə Bazarlarına Nəzarət Palatası, İcbari Sığorta Bürosu, “PAŞA Həyat Sığorta”, “Atəşgah Həyat Sığorta”, “Qala Həyat Sığorta” və “Xalq Həyat” ASC-lərin nümayəndələri ilə görüş olub. Görüşdə məqsəd nazirlik və həmin qurumlar arasında imzalanmış əməkdaşlıq Memorandumunun tətbiqi sahəsində görülən işlərin və qarşıda duran vəzifələrin müzakirəsi olub.

Manevr.az bildirir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müşaviri Mustafa Abbasbəyli istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortanın əhəmiyyətindən bəhs edib. O, dövlət orqanları, işəgötürənlər ilə sığorta şirkətləri arasında bu sahədə əməkdaşlığın önəmini vurğulayıb. M.Abbasbəyli nazirliyin fəaliyyət sahələrində aparılan islahatları, xüsusilə bu sahələrdə elektron sistemlərin tətbiqinin geniş miqyas aldığını diqqətə çatdırıb.
Əməkdaşlıq müstəvisində görüləcək işlər müzakirə olunub. Bildirilib ki, məlumat mübadiləsinin elektron qaydada həyata keçirilməsi ölkə üzrə bütün işçilərin icbari sığorta ilə əhatə olunmasına, öz işçilərini sığorta etdirməyən işəgötürənlərin elektron qaydada müəyyən edilərək qanunverciliyə uyğun tədbirlər görülməsinə, ümumən bu sahədə nəzarət sisteminin operativ qurulmaqla təkmilləşməsinə imkan verəcək.

Görüşdə sistemin sentyabr ayının əvvəlindən tam fəaliyyətə başlanacağı vurğulanıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar