Sizin Reklam Burada
Xəbər lenti
20-04-2024
19-04-2024
BÜTÜN XƏBƏRLƏR

Etibar Pirverdiyev işlətdiyi adamların pulunu vermir- KÖÇKÜNLƏR "AZENCO"DAN PREZİDENTƏ ŞİKAYƏT EDİR

Tarix: 20-08-2019 22:44     Baxış: 4154 A- / A+
Etibar Pirverdiyev işlətdiyi adamların pulunu vermir- KÖÇKÜNLƏR "AZENCO"DAN PREZİDENTƏ ŞİKAYƏT EDİR

“Azərenerji” ASC-nin sabiq rəhbəri, “Azenco” tikinti şirkətinin faktiki sahibi Etibar Pirverdiyevdən prezident İlham Əliyevə şikayət var.

Gununsesi.org-un xəbərinə görə, şikayət müəllifləri Mingəçevir şəhərində yaşayan Kəlbəcər köçkünləridir.

Müraciətlərini redaksiyamıza göndərən şikayət müəllifləri qeyd edir ki, Mingəçevirdəki SES-in tikinti işlərində iş adamı Bəşirov Uğurlu Hüseyn oğlu podaratçı şirkət vasitəsilə “Azenco” ilə müqavilə bağlayıb. Həmin müqavilədən irəli gələn bütün öhdəliklər zamanında və yüksək keyfiyyətlə həyəta keçirilib. Ancaq buna baxmayaraq 8 aydır ki, “Azenco” şirkəti onun rəhbəri Zəkərriyə Poladov bizim pulları verməkdən imtina edir: ” Dəfələrlə ona müraciət etmişik hər dəfə bizdən möhlət istiyibdir. Artıq səkkiz aydır, biz məcburi köçkün ailələriyik və öz zəhmətimiz ilə yaşayırıq bizim ondan başqa bir tələbimiz yoxdur,tələb edirik ki, bizi işlədibsə pulumuzuda verməlidir, biz artıq görürük ki, o, vədinə əməl etmir ona görə də, biz sizin redaksiya vasitəsilə cənab prezident İlham Əliyevə müraciət edirik ümid edirik ki, cənab prezident bizim bu müraciətimizə reaksiya verəcək və “Azenco” şirkəti bizim pullarımızı özümüzə qaytaracaqdır".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar