Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

“Metak” şirkəti cərimələndi

Tarix: 17-08-2019 15:27     Baxış: 3136 A- / A+
“Metak” şirkəti cərimələndi


Bakı Apelyasiya Məhkəməsində "MET-AK" MMC-nin cərimə edilməsi barədə məhkəmə qərarından verilmiş şikayətə baxılıb.

Hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən iclasda "MET-AK" MMCnin cərimə edilməsi barədə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 5 iyul 2019-cu il tarixli qərarı qüvvədə saxlanılıb.

Qeyd edək ki, məhkəmə Maliyyə Bazarlarına Nəzarət Palatasının yazdığı protokola əsasən, şirkəti İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə təqsirli bilərək cərimələyib.

Bu inzibati xətaya görə, hüquqi şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

1997-ci ildə fəaliyyətə başlayan və ilkin olaraq polad boruların Azərbaycana idxalı və daxili bazarda satışı ilə məşğul olan "ME-TAK" şirkəti 2000-ci ildən istehsalat sexlərində müxtəlif məhsullar istehsal edir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar