Sizin Reklam Burada
Xəbər lenti
16 noyabr
15 noyabr
BÜTÜN XƏBƏRLƏR

İlahiyyatçı: Qoyuna deyil, ehtiyacı olanlara paltar almaq lazımdır

Tarix: 13-08-2019 09:38     Baxış: 350 A- / A+
İlahiyyatçı: Qoyuna deyil, ehtiyacı olanlara paltar almaq lazımdır

Azərbaycanda Qurban bayramında rast gəlinən qəribə maraqlı məqamlardan biri də qurbanlıq heyvanlara, xüsusən də qoyun və qoçlara bəzəkli “paltarlar”ın geyindirilməsidir. Bu hal, əsasən, nişanlı qızlara bayram payı apararkən müşahidə olunur.

Qurbanlıq heyvanı bu cür bəzəmək dini nöqteyi-nəzərdən doğrudurmu?

İlahiyyatçı-alim Hacı Surxay Oxu.Az-a bildirib ki, dinimizdə bu cür bəzəkli geyimlərdə qurban payı aparmaq məqbul hesab edilmir.
İlahiyyatçı: Qoyuna deyil, ehtiyacı olanlara paltar almaq lazımdır

Onun sözlərinə görə, qurbanlıq heyvanın boynuna boyunbağı, əyninə paltar, başına fata taxmaq günahdır:

“Bəzən heyvanı gəlin evinə, qohum evinə aparanda müxtəlif geyimlər geyindirib boynundan çoxlu aksesuar asırlar. Bu, məqbul deyil. Dinimizdə belə bir göstəriş yoxdur, İsmayıl qurbanını belə bəzəmək olmaz. Sadəcə subyektiv fikir olaraq onu da deyim ki, əgər bir insan bu gün sırf heyvana geyindirdiyi paltara, aksesuarlara verdiyi pulu hesablasa, kifayət qədər məbləğ edir. Yaxşı olardı ki, o pula qurbanlıq heyvan üçün deyil, ehtiyacı olan insanlara geyim, ya da bəzək əşyaları alınsın. Onda Allah da insanın əməlini, niyyətini qəbul edər. Bayram günündə heyvanların bu cür bəzədilməsi dini, milli adət-ənənələrimizə ziddir”.

Hacı Surxay bayram günü qurbanlıq heyvan alan şəxslərin bir neçə məqama diqqət etməli olduğunu da vurğulayıb:
İlahiyyatçı: Qoyuna deyil, ehtiyacı olanlara paltar almaq lazımdır

“Şəriət baxımından qurbanlıq qoyun, keçinin yaşı 6 aydan yuxarı, inək 2 ildən, dəvə isə 5 ildən yuxarı olmalıdır. Əks halda digər heyvanları qurbanlıq kimi seçmək olmaz. Bundan başqa, buynuzu, gözləri, bədənində nöqsan olmamalıdır.

Qurbanlıq kəsən zaman üzü qibləyə tutulmalıdır, duası oxunmalıdır. Bəzən qəssablar heyvanın gözünün qarşısında bıçağı oynadıb ona işgəncə verirlər. Belə hərəkət qətiyyən olmaz, günahdır. Heyvanın gözü qarşısında başqa heyvanı kəsmək olmaz. Kəsməzdən əvvəl heyvana su verilməlidir.

Bütün bunlar şəriət qaydalarıdır və qurbanlıq heyvan da bu qaydalara uyğun olaraq kəsilməlidir. Qurban payları da göstəriş xətrinə deyil, gizli şəkildə paylanmalıdır ki, Allah tərəfindən qəbul edilsin."

Manevr.az








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar