Sizin Reklam Burada
Xəbər lenti
25 avqust
24 avqust
BÜTÜN XƏBƏRLƏR

AQTA Qurban bayramı ilə bağlı əhaliyə çağırış etdi

Tarix: 11-08-2019 17:18     Baxış: 319 A- / A+
AQTA Qurban bayramı ilə bağlı əhaliyə çağırış etdi

“Sakinlər Qida Təhlükəsizliyi Agentliyinin 1003 “Çağrı Mərkəzi”nə zəng vurub öz məhəllə və küçələrinə gecə ilə gizlicə qurbanlıq heyvanların yığıldığını məlumat verirlər, qarşısının alınmasını xahiş edirlər. Bu o deməkdir ki, artıq vətəndaşlar küçələrdə, yol kənarlarında kəsimin həyata keçirilməsini istəmirlər”.

Bu barədə AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdiri Mansur Piriyev deyib. Onun sözlərinə görə, daxil olan məlumatlarla bağlı operativ şəkildə aidiyyəti qurumlarla birgə tədbirlər görülür.

Qurum rəsmisi eyni zamanda vətəndaşlara da çağırış edib: “Ancaq bu faktlar ictimai nəzarətin göstəricisi kimi vacib amildir. Əslində vətəndaşlar özləri də yığışıb bu cür şəxslərə etirazlarını, öz küçələrinin, həyətlərinin antisanitar vəziyyətə gətirilməməsini tələb edə bilərlər. Bu onların vətəndaşlıq hüququdur.

Qeyd edim ki, bu il qurbanlıq heyvanların kəsimi üçün 44 stasionar və 30 çadırtipli kəsim düşərgəsi fəaliyyət göstərəcək. Bu əhalinin təlabatını ödəməyə yetir. Qalır qaydalara əməl etmək!”.

Manevr.az








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar