Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Pedaqoji işçilərin saathesabı ödənişləri artırılıb

Tarix: 09-08-2019 11:19     Baxış: 3328 A- / A+
Pedaqoji işçilərin saathesabı ödənişləri artırılıb

“Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri”ndə dəyişiklik edilməsi barədə qərarda müvafiq dəyişiklik edilib.

Manevr.az xəbər verir ki, sənəd Nazirlər Kabinetinin rəsmi saytında dərc edilib.
Qərarda qeyd olunur ki, əməyin saathesabı ödənilməsi məbləğlərinə məzuniyyət haqqı daxil edilir. Müsabiqə və baxışların münsiflər heyəti üzvlərinin və müsabiqəyə təqdim edilən işlərin resenzentlərinin əməyinin saathesabı ödənilməsi məbləğləri professor və ya elmlər doktoru üçün 12,20 manat, dosent və ya fəlsəfə doktoru üçün 8,90 manat, elmi dərəcəsi, elmi adı olmayan şəxslər üçün 6 manat məbləğində müəyyənləşdirilir.
Tədris məşğələlərinin aparılmasında iştirak edən plastik poza nümayişçilərinin (naturaçıların) əməyinin saathesabı ödənilməsi bir akademik saata görə geyimli naturada 7,80 manat, geyimsiz naturada isə 12,90 manat məbləğində müəyyən olunur.
Əməyin saathesabı ödənilməsi məbləğləri isə mülki hüquqi müqavilə əsasında işləyən şəxslərə şamil edilir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar