Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

İmkansız abituriyentlər üçün inanılmaz fürsət - Pulsuz hazırlıq kursları

Tarix: 07-08-2019 12:24     Baxış: 5159 A- / A+
İmkansız abituriyentlər üçün inanılmaz fürsət - Pulsuz hazırlıq kursları

Azərbaycanda imkansız abituriyentlər üçün pulsuz hazırlıq kursları yaradılıb.

Yeni sosial layihə inşaat materialları istehsalı üzrə Azərbaycanın aparıcı şirkətlərindən biri olan, "FORTİS GROUP” MMC tərəfindən reallaşdırılıb.

Manevr.az bakupost-a istinadən xəbər verir ki, yeni təhsil mərkəzi – "FORTİS ACADEMY” sentyabrın 15-dən etibarən şirkətin ərazisində fəaliyyətə başlayır. Tamamilə sosial məqsədlərlə yaradılan bu mərkəzin bütün xərcləri şirkət tərəfindən qarşılanacaqdır. "FORTİS ACADEMY” təhsil mərkəzində şirkət əməkdaşlarının, eləcə də sosial təminatı zəif olan ailələrin övladları (9,10,11-ci sinif şagirdləri) üçün tam təmannasız və ödənişsiz abituriyent hazırlığı fürsəti yaradır. Müasir texnologiya və innovativ tədris-metodik imkanları ilə yanaşı, təhsil ocağı abituriyentləri ödənişsiz dərs vəsaitləri və sınaq imtahanları ilə təmin edir. Bundan əlavə tələbələrin kursa vaxtında və rahat gəlmələri üçün şirkət tərəfindən ödənişsiz fəaliyyət göstərən avtobuslar da ayrılıb. Qeydiyyatdan keçmək üçün 31 avqust tarixinə qədər bizimlə əlaqə saxlaya bilərsiniz.

E-mail: office@fortisacademy.az
Ünvan: Xırdalan şəhəri, Z.Tağıyev küç.13
Tel: + 994 050 251 90 20
İmkansız abituriyentlər üçün inanılmaz fürsət - Pulsuz hazırlıq kursları


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar