Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Yaponlar Damcılı mağarasında tədqiqat aparacaq

Tarix: 04-08-2019 11:47     Baxış: 2137 A- / A+
Yaponlar Damcılı mağarasında tədqiqat aparacaq


Qazax şəhərindən 20 km şimal-qərbdə - Daş Salahlı kəndindən təxminən 3 km qərbdə Avey dağın şərq ətəyində yerləşən Damcılı düşərgəsində Azərbaycan-Yaponiya beynəlxalq arxeoloji ekspedisiyası tərəfindən növbəti tədqiqatlara başlanılıb.


İnstitutdan verilən məlumata görə, tədqiqatlar 2015-ci ildə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu, Mədəniyyət Nazirliyi və Tokio Universteti arasında bağlanmış memoranduma əsasən aparılır. Tədqiqatların məqsədi Cənubi Qafqazda, əsasən də Azərbaycan ərazisində neolitdən (Yeni Daş dövründən) əvvəlki dövrlərdə (mezolitdə və paleolitdə) Orta Kür hövzəsində ovçu-yığıcıların sosial-iqtisadi həyatı, Ön Asiya ilə genetik bağlı neolit cəmiyyətləri ilə yerli mezolit cəmiyyətləri arasında olan mümkün münasibətlər haqqında dərin məlumat əldə etməkdir.

Qeyd etmək lazımdır ki, 1953-cü ildə arxeoloqlar Sergey Zamyatnin və Məmmədəli Hüseynov tərəfindən Damcılı mağarasında ibtidai icma dövrü düşərgəsi aşkar olundu. 1956-1957-ci illərdə M.M.Hüseynovun rəhbərliyi altında Paleolit arxeoloji ekspedisiyasının apardıqları arxeoloji qazıntı işləri zamanı mağarada ibtidai insanlar tərəfindən hazırlanmış 7 minə qədər daş məmulatı və ovlanmış heyvanların 2 mindən çox qalıqları tapılmışdı. Damcılı mağara duşərgəsindən aşkar olunmuş daş məmulatların texniki və tipoloji xüsusiyyətlərinə görə M. Hüseynov onları orta və üst paleolit, mezolit və neolit dovrlərinə aid edib.

2016-2018–ci illərdə Azərbaycan-Yaponiya beynəlxalq arxeoloji ekspedisiyasının Damcılı mağarasında apardığı qazıntılar nəticəsində orta paleolitdən başlayaraq altı mədəni təbəqə aşkar olunub. Hazırda əvvəlki qazıntı sahəsinin genişləndirilməsi VI təbəqədə və daha alt hissədə qazıntıları davam etdirməyə imkan verəcək./axar.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar