Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Qanunsuz tikilən evlərə görə kompensasiya veriləcək? - RƏSMİ CAVAB

Tarix: 31-07-2019 12:50     Baxış: 3163 A- / A+
Qanunsuz tikilən evlərə görə kompensasiya veriləcək? - RƏSMİ CAVAB

“Vətəndaşlar tərəfindən özbaşına tikilən fərdi yaşayış evlərinin sənədləşdirilməsi ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən beynəlxalq təcrübə öyrənilib və təhlillər aparılıb. Bunun əsasında müvafiq konsepsiya sənədi hazırlanaraq Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim edilib”.

Manevr.az xəbər verir ki, bunu report-a söküləcək qanunsuz tikilən evlərə görə kompensasiyanın verilməsi ilə bağlı yayılan məsələlərə aydınlıq gətirən ƏMDK-nın mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov deyib.

Q.Xəlilov deyib ki, onun adından yayılan məlumatlar həqiqəti əks etdirmir:

“Qanunsuz tikilən evlərə görə kompensasiyanın veriləcəyi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Komitə tərəfindən həmçinin ölkədə mövcud bütün əmlakların uçota alınması və qeydiyyatı ilə bağlı digər ölkələrin təcrübələri öyrənilir. Burada vətəndaşlar tərəfindən özbaşına inşa edilmiş və onların uzun müddət istifadəsində olan sənədləşdirilməmiş fərdi yaşayış evlərinin qeydiyyatı ilə bağlı məsələlərdə var. Ölkə başçısının bu sahəyə xüsusi diqqəti və verdiyi tapşırıqlara əsasən artıq işçi qrupu yaradılıb.

Həmçinin bütün rayonlarda yerli icra hakimiyyətinin, bələdiyyələrin və aidiyyəti dövlət təşkilatlarının nümayəndələrindən ibarət yerli ekspert komissiyaları yaradılıb. Artıq Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Torpaqların Elektron Kadastr Uçotu başa çatmış şəhər və rayonlar üzrə müxtəlif təyinatlı torpaqlarda inşa edilmiş özbaşına tikililər barədə məlumatları elektron formatda yerli ekspert komissiyalarına təqdim edib. Komissiyalar yerlərdə həmin məlumatlar əsasında özbaşına tikililərin invertarlaşdırılması və dəqiqləşdirlməsi işlərini həyata keçirəcək”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar