Sizin Reklam Burada
Xəbər lenti
17 noyabr
16 noyabr
BÜTÜN XƏBƏRLƏR

İctimai yerlərdə siqaret çəkənlər niyə cərimələnmir? - ŞƏRH

Tarix: 27-07-2019 21:37     Baxış: 331 A- / A+
İctimai yerlərdə siqaret çəkənlər niyə cərimələnmir? - ŞƏRH

Hər gün dayanacaqlardan, metro keçidlərindən istifadə etdiyimiz zaman çox sayda insanın siqaret çəkməsinin şahidi oluruq. Hətta bəzən bu zəhərli tüstü insanlara çox pis təsir edir. Buna etiraz etmək isə qeyri-mümkündür.

Bir müddət öncə restoran və kafelərdə, eləcə də ictimai yerlərdə siqaret çəkənlərin cərimə olunması ilə bağlı məlumatlar yayımlanırdı. Dayanacaq və metro keçidləri də bu kimi ictimai yerlərdəndir.

Bəs görəsən, belə yerlərdə siqaret çəkənlərlə necə mübarizə aparmalıyıq? Buna kim nəzarət etməlidir? Ümumiyyətlə, qanunda bu kimi pozuntulara görə hansı cərimələr nəzərdə tutulub?

Qanun:


2017-ci il dekabr 1-də “Tütün məlumatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildi. Qanun respublika əhalisinin sağlamlığının qorunması, sağlam həyat tərzinin təbliği, uşaqların və gənclərin sağlam böyüməsi və inkişafı, zərərli vərdişlərə aludəçiliyin profilaktikası, tütün məmulatlarının istifadəsinin və tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirlərinin azaldılması istiqamətində fəaliyyətin hüquqi əsaslarını müəyyən edir.

Həmin qanunun 10-cu maddəsində tütündən istifadənin məhdudlaşdırılması və tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirinin azaldılması məqsədilə tütün çəkilməsi qadağan olunan yerlərin siyahısı dərc olunub.

Siyahıya əsasən, təhsil və tərbiyə müəssisələrində, səhiyyə və tibbi-reabilitasiya müəssisələrində, idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi binalarda və obyektlərdə, restoranlar, kafelər, barlar daxil olmaqla, ictimai-iaşə obyektlərində, ticarət obyektlərində, teatr və kinoteatrlarda, kitabxanalarda, mədəniyyət obyektlərində, uşaq meydançalarında, yerüstü qapalı və yeraltı piyada keçidlərində, müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobuslarda, taksi minik avtomobillərində, metropoliten stansiyalarının vestibüllərində, keçidlərində, platformalarında və vaqonlarda, hava nəqliyyatı vasitələrində, dəmiryolu qatarlarında, su nəqliyyatı vasitələrində, dəmir yolu vağzallarında, avtovağzallarda (avtostansiyalarda) və avtobusların dayanacaq məntəqələrində, yanacaqdoldurma məntəqələrində, o cümlədən tezalışan maddələrin saxlandığı bina və müəssisələrdə siqaret çəkilməsi qadağan edilib.
İctimai yerlərdə siqaret çəkənlər niyə cərimələnmir? - ŞƏRH

Cərimələr:

İnzibati Xətalar Məcəlləsinin 212-ci maddəsində göstərilib ki, “Tütün və tütün məmulatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş digər yerlərdə siqaret çəkməyə görə 30 manat məbləğində cərimə edilir. Burada da bəzi istisnalar var. Hava nəqliyyatında müəyyən edilməmiş yerlərdə siqaret çəkməyə görə 100 manat, dəmir yolu nəqliyyatında müəyyən edilməmiş yerlərdə siqaret çəkməyə görə 40 manat, stansiyaların vestibüllərində, keçidlərində və platformalarında, vaqonlarda siqaret çəkməyə görə 50 manat, dəniz və çay nəqliyyatında müəyyən edilməmiş yerlərdə siqaret çəkməyə görə 40 manat, müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobusda siqaret çəkilməsinə görə isə 40 manatdan 50 manatadək məbləğdə cərimə nəzərdə tutulur.

Bundan başqa, müəssisələrdə, idarələrdə, təşkilatlarda siqaret çəkmək üçün xüsusi yerlərin ayrılmasının və görünən yerlərdə “siqaret çəkmək qadağandır” xəbərdarlıq yazısının və ya işarəsinin olmasının təmin edilməməsinə görə vəzifəli şəxslər 400 manat, hüquqi şəxslər isə min manat məbləğində cərimə edilir.

Necə mübarizə aparmalıyıq?


Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən ekspert Azər Allahverənov deyib ki, bu kimi hallarla mübarizə aparmaq çox çətindir:

“Çox təəssüf edirəm ki, ictimai yerlərdə siqaret çəkən insanların sayı kifayət qədərdir. İştirak etdiyimiz tədbirlərdə, şənliklərdə, toy mərasimlərində siqaret çəkən insanların şahidi oluruq. Onlarla da mübarizə aparmaq olduqca çətindir. Biri var, bir adam siqaret çəksin, ictimai qınaq mexanizmi işə düşsün, biri də var, bu məsələ kütləvi xarakter daşıyır. Təbii ki, bu, yolverilməz haldır”.

Ekspert bildirib ki, ictimai yerlərdə tütün məmulatlarının çəkilməməsinə cavabdeh olan şəxslərin məsuliyyəti siqaret çəkənlərdən daha artıqdır:

“Burada söhbət ondan gedir ki, şəxsin harada olmağından asılı olaraq onun siqaret çəkməsinin təhlükəlilik dərəcəsi müəyyən olunur və buna uyğun olaraq cərimə sanksiyası tətbiq edilir. Hazırkı vəziyyətin yaranmasında səbəb nəzarət mexanizminin işləməməsidir. Bunun obyektiv və subyektiv səbəbləri var. Misal üçün, hər hansı şəxs siqareti gizlicə çəkə bilər. Bu, obyektiv səbəbdir. Nəzarətə məsuliyyətli olan şəxs siqaret çəkilməsinə göz yuma bilər ki, bu da subyektiv səbəbdir. Cərimələmə və nəzarət mexanizmini Daxili İşlər Nazirliyinin əməkdaşları həyata keçirir.

Bəzən görürük ki, insanlar, misal üçün, futbol yarışında siqaret çəkirlər. Onlar özlərinə haqq qazandıra bilər ki, siqaret çəkilməsi üçün müəyyən yer ayrılmayıb. Bu, eləcə də digər yerlərə aiddir. Bununla bağlı tədbirlər görülməlidir. Xüsusi yerlərin ayrılması və lövhəciklərin qurulması çox vacibdir”.

A.Allahverənov qanunun işləməməsi ilə bağlı deyilən fikirlərlə razı deyil:

“Qanun işləməsə metroda, bəzi ticarət obyektlərində və digər ictimai yerlərdə də siqaret çəkənləri görə bilərik. Əgər belə yerlərdə insanlar siqaret çəkmirsə, deməli, nəzarət mexanizmi mövcuddur. İnsanlar özləri başa düşməlidirlər ki, dayanacaqlarda, keçidlərdə siqaret çəkməklə ətrafdakıların sağlamlığına zərər vururuq. Bunu anlamaq cərimələnməkdən daha üstündür”.

Ekspert profilaktik tədbirlərin daim keçirilməsinin vacibliyini də vurğulayıb.

Manevr.az








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar