Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Sabirabad Regional Mədəniyyət İdarəsinin Şura iclası keçirildi

Tarix: 26-07-2019 19:00     Baxış: 3543 A- / A+
Sabirabad Regional Mədəniyyət İdarəsinin Şura iclası keçirildi


Bu gün Saatlı rayon Heydər Əliyev Mərkəzində Sabirabad Regional Mədəniyyət İdarəsinin Şura iclası keçirilmişdir.

Manevr.az-ın verdiyi xəbərə görə, iclasda Şura üzvləri, regiona daxil olan rayonlarda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin rəhbərləri iştirak etmişdir.

İclası giriş sözü ilə açan Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Əhməd Ramazanov 2019-cu ilin birinci yarım ilində görülmüş işlər və qarşıda duran vəzifələr, Nazirliyin əmr və göstərişlərinin, Kollegiya Qərarlarının icrası barədə ətraflı məlumat verdi.

Şuranın məsul katibi, regioanal idarənin məsləhətçisi Telman Əzimov 2019-cu ilin birinci yarısında Regional İdarəyə daxil olan rayonlar üzrə müəssisələr tərəfindən görülmüş işlər barədə ətraflı məlumat verərərək hesabat dövrü ərzində müəssisələrin fəaliyyətinin qənaətbəxş olduğunu qeyd etmişdir.

Şura üzvü, regional İdarənin məsləhətçisi Ağalar Ağammədov Regiona daxil olan Tarix-diyarşünaslıq muzeyləri, Heydər Əliyev Mərkəzləri və Dövlət Rəsm Qalereyaları tərəfindən görülmüş işlər barədə ətraflı məlumat verdi.

Şura üzvlərindən Regional İdarənin rəis müavini Əziz Abbasov, Regional İdarənin məsləhətçisi Aynur İsmayılova, Sabirabad rayon Mədəniyyət Mərkəzinin direktoru Mirtale Ağazadə, Sabirabad rayon Tarix-diyarşünaslıq muzeyinin direktoru Şükufə Əsgərova, Şirvan şəhər Heydər Əliyev Mərkəzinin direktoru Aynur Fərzəliyeva, İdarənin baş məsləhətçisi(Hacıqabul rayonu üzrə nümayəndə) Elnur Əmiraslanov, Sabirabad MKS-nin direktoru Eldar Urufov, Hacıqabul rayon Mədəniyyət Mərkəzinin direktoru Mehdiqulu Fərəcov və başqaları çıxış edərək hesabat dövrü ərzində görülmüş işlər və qarşıda duran vəzifələr haqqında danışaraq ilin sonunadək daha da əzmlə çalışmaqla verilən tapşırıqların operativ həll olunmasının vacibliyini bildirdilər.

İclasda çıxış edən müəssisə rəhbərləridə hesabat dövrü ərzində rəhbərlik etdikləri müəssisələr tərəfindən görülmüş işlər və mövcud problemlər haqqında ətraflı məlumat verdilər.

Sonda İdarə rəisi Əhməd Ramazanov çıxış edərək mövcud problemlərin aradan qaldırılması istiqamətində ardıcıl tədbirlərin həyata keçirilməsi və verilən tapşırıqların operativ həll olunması üçün müvafiq tapşırıqlarını verdi.

Sabirabad Regional Mədəniyyət idarəsinin
Mətbuat xidməti

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar