Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

"Elə bilirsiniz ki, TV-lər hamının gördüyü o eybəcərlikləri öz keflərindən edirlər?"

Tarix: 26-07-2019 18:57     Baxış: 3145 A- / A+
"Elə bilirsiniz ki, TV-lər hamının gördüyü o eybəcərlikləri öz keflərindən edirlər?"

"“Azərbaycan” prospektindən gələndə qadın alt paltarları reklamını gördüm, girib mağaza işçisinə dedim ki, müdirinə de bir az şərəfi olsun"

“Bu cür verilişlərimizin günəbaxan tumlarını reklam etməsi məcburiyyətdəndir”
Manevr.az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında Xalq artisti Şeyx Əbdül Mahmudbəyov televiziya verilişlərimizin günəbaxan və digər bu kimi məhsulları reklam etməsinə münasibət bildirərkən deyib. Xalq artisti bu gün hər şeyin pul üzərində qurulmasından gileylənib:

“Bu cür verilişlərimizin günəbaxan tumlarını reklam etməsi xoşluqla deyil, məcburiyyətdəndir. Çünki özəl televiziyalar dövlətdən maaş almırlar. Onlar ancaq reklamın hesabına dolanırlar. Reklamı verən şirkətin də öz şərtləri var və televiziyalarımız da bununla razılaşmağa məhkumdur. Siz elə bilirsiniz ki, hamının gördüyü o eybəcərlikləri, şouları öz keflərindən edirlər, qətiyyən yox. Sadəcə olaraq televiziyanı dolandırmaq, saxlamaq üçün buna məcburdurlar. Bunların günahı Azərbaycanı çapıb-talayan və bu cür şeylərə pul buraxan adamlardadır.

“Azərbaycan” prospektindən gələndə qadın alt paltarları reklamını gördüm. Girib mağaza işçisinə dedim ki, müdirinə de bir az şərəfi olsun. Biz müsəlmanıq, əxlaqımız var. Amma bu gün hər şey pula qurban olub”.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar