Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

“Ey, başını yuxarı tut görüm…” – Prezident oğlunun qəribə idarəçiliyi

Tarix: 26-07-2019 11:16     Baxış: 3199 A- / A+
“Ey, başını yuxarı tut görüm…” – Prezident oğlunun qəribə idarəçiliyi


Bu ilin iyunundan Türkmənistanın Axal vilayətinə rəhbər təyin olunmuş ölkə prezidentinin oğlu Sərdar Berdiməhəmmədov öz qəribə idarəçiliyi ilə təəccüb və narazılığa səbəb olub.

Sərdar Berdiməhəmmədov Aşqabadın 8 kilometrliyində yerləşən vilayət mərkəzinə – Annau şəhərinə içərini göstərməyən şüşəli avtomobildə və prezidentsayağı kortejin müşayiəti ilə gəlir.

Sərdar Berdiməhəmmədov inzibati binaya daxil olarkən və ya ordan çıxarkən adminstrasiya işçilərinin yerindən tərpənməyə həddi çatmır.

Əvvəlki dövrlərdən fərqli olaraq inzibati binanın həndəvərində daim gözətçilər keşik çəkir. Binaya yalnız əməkdaşlar daxil ola bilərlər. Zərurət olmadığı halda heç kəs kabinetdən çıxa bilməz, kənara çıxanların isə səs salmaq və ya mobil telefondan istifadə etməyə ixtiyarı yoxdur.

Prezident oğlu tədbirləri təntənəli keçirməyi xoşlayır, tabeliyində olan işçilərlə davranış zamanı onun ən sevdiyi ifadə budur: “Başını yuxarı qaldır görüm!”

Sərdar Berdiməhəmmədovun özü və ya müavinləri şəxsi məsələylə bağlı heç kəsi qəbul etmir.

Vilayət sakinləri hesab edirlər ki, yeni rəhbər burda müvəqqətidir və onu bir müddət sonra daha yüksək vəzifəyə çəkəcəklər. Sakinlər təsəllini bunda tapırlar.

Sərdar Berdiməhəmmədov 2019-cu ilin yanvarından vilayət başçısının müavini postunu tuturdu. Bundan əvvəlsə Xarici işlər nazirinin müavini idi. O, iki dəfə parlamentə deputat seçilib.

Sərdar Berdiməhəmmədov Moskvada və Cenevrədə təhsil alıb.

Onun ölkə prezidentinin varisi olacağı söz-söhbəti geniş yayılıb.teleqraf.com


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar